{category-title}

"General məni canımdan bezdirib" - Polkovnik (FOTO)


Ehtiyatda olan polkovnik, Vətən Müharibəsi iştirakçısı Rəşad Həsənov Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayevdən şikayətçidir. 

Bu barədə "Unikal"a danışan Rəşad Həsənov bildirib ki, evi yararsız vəziyyətdə olduğu üçün illərdir müraciət etməsinə baxmayaraq, hələ də şikayətinə baxılmır. 

Vətən Müharibəsində baş və kürək nahiyələrindən xəsarət aldığını bildirən polkovnik hazırda Astara şəhərində yerləşən 2 saylı hərbi şəhərcikdə yaşayır: "Evimin bərbad vəziyyəti ilə bağlı müxtəlif vaxtlarda bütün dövlət orqanlarına mütaciət etmişəm. Lakin heç bir tədbir görülmədi. Çox acınacaqlı vəziyyətdə yaşayıram".

O, mənzil problemi ilə bağlı şikayət etdiyi üçün hərbçilərə mənzil paylanan zaman onun qəsdən siyahıdan çıxarıldığını iddia edir: 
"2014-cü ildə 20 il xidmət müddətini bitdiyim üçün və polkovnik rütbəsində olduğuma görə 4 otaqlı mənzillə təmin olunmalı idim. Adımın mənzil siyahısında 864-cü olduğunu bildirdilər. 2021-ci il tarixində Yasamal yaşayış kompleksində mənzillər paylananda şikayət etdiyimə görə, mənə mənzil verilmədi. Lakin bununla bağlı fərmanın 3-cü bəndinə əsasən, çətin mənzil şəraitimə, döyüş bölgəsində uzun müddət xidmət etdiyimə və döyüşlərdə xəsarət aldığıma görə mənzillə təminatında məni nəzərə almalı idilər". 

R.Həsənov bildirib ki, Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev 4 iyun 2022-ci ildə 400 nəfərdən çox hərbi qulluqçunun mənzillə bağlı püşkatmasını təşkil etsə də onu yenə yaddan çıxarıblar: 

"Şikayətlərimə baxılmır deyə Müdafiə Nazirliyinin komissiyasının sədri general-mayor Rasim Babayev və Maliyyə Nazirliyinin Mənzil Komissiyasının katibi Etibar Kərimov məni sərt şəkildə öz qanunları ilə cəzalandırırlar.  Adlarını qeyd etdiyim insanlar qanunları öz istəklərinə uyğun olaraq icra etməklə, Vətən müharibəsində iştirak edən və xəsarət alan Azərbaycan Ordusunun polkovnikini çətin şəraitdə yaşamağa məhkum edərək canından bezdirirlər". 
"General məni canımdan bezdirib" - Polkovnik (FOTO)
"General məni canımdan bezdirib" - Polkovnik (FOTO)

Son xəbərlər

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Bütün xəbərlər