{category-title}

Ujqorod Universitetinin professoru səngərdən tələbələri üçün mühazirələr deyir
Ujqorod Milli Universitetinin professoru Fedor Şandor hazırda müdafiə batalyonunda xidmət edir.
Buna baxmayaraq, o, müəllimlik fəaliyyətini yarımçıq qoymayıb və tələbələrinə birbaşa səngərdən mühazirələr oxuyur.
Bu barədə “Facebook” hesabında Viktor Şadey məlumat verib və müvafiq fotonu dərc edib.
“Döyüş növbələri arasındakı fasilə zamanı UjMU professoru Fedor Şandor tələbələrinə “Turizm tədqiqatları” üzrə mühazirə oxuyur. Şandor daim hərəkətdədir, ordumuza kömək edən fəal zakarpatiyalılarla ilə əlaqə saxlayır. Tələbələrə deyilən mühazirələr isə müqəddəsdir, onları əldən qaçırmaq olmaz”, – deyə Şandorla eyni bölmədə xidmət edən Şadey yazıb.
Müharibənin elə ilk günü Şandor Fedor Fedoroviç hərbi komissarlığa gəlib və hazırda müdafiə batalyonunda xidmət edir. İndi o, Ukraynanın şərqindədir.
“Məndə dəqiq bir insayder var: bu iki ay ərzində onun dəftərində Zakarpatiya üçün çoxlu maraqlı fikirlər yazılıb, biz onları müharibədən sonra mütləq həyata keçirəcəyik”, – deyə Şadey qeyd edib.
Müəllimin səngərdəki şəkli mədəniyyət naziri Oleksandr Tkaçenkonun da diqqətindən yayınmayıb.
“Ukraynada distant təhsil yeni səviyyəyə keçir. Sadəcə, Ujqorod professoru Fedor Şandor Ukraynanın şərqindəki səngərlərdən dərslər aparır. Bunu necə, bəyənirsən, İlon Mask? Mən Fedoru şəxsən tanıyıram, bununla çox fəxr edirəm”, – deyə Tkaçenko vurğulayıb.
Mənbə: Unian.net

Son xəbərlər

Anar Rzayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

"Hər ay qiymətlərin artmasını müşahidə edirik" - Deputat

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi

DTX qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş azərbaycanlını həbs etdi

MEDİA jurnalistin ölümü ilə bağlı başsağlığı verdi - FOTO

Jurnalist Qadir İbrahimli vəfat edib

Bu yollarda sıxlıq var - SİYAHI

Külək nə vaxt səngiyəcək? - AÇIQLAMAv

Bakıda səsi insanı “dəli edən” maşınlar... – Rəsmi

PA-da bu şöbə ləğv edildi

"Qadir İbrahimlinin vəziyyəti ağırdır" - TƏBİB-dən açıqlama

"Kreml işğalın uğursuzluğu üçün “günah keçisi” axtarır" - Britaniya kəşfiyyatı

"Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır" - Əhməd İsmayılov

İran sərhədçiləri Azərbaycan vətəndaşını GÜLLƏLƏDİ

Azərbaycan-Türkiyə münasibətləri xalqlarımız və ölkələrimiz arasında mövcud olan sarsılmaz tarixi dostluğa əsaslanır

Prezident onu Ədliyyə Akademiyasının rektoru təyin etdi

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi yaradıldı

Azərbaycanda narkotik maddələrə qarşı mübarizə sərtləşdirilir

İlham Əliyev türkiyəli naziri qəbul edib

Vaqif Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Qoşqar Zeynalov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə ölüb

"Apple" "iPhone 14"ü bu tarixdə təqdim edəcək

Bütün xəbərlər