{category-title}

Zəngilan rayonu böyük turizm potensialına malikdir

 

Mübariz müəllim

 

Ölkə Prezidenti cənab İlham Əliyev mayın 4-də Zəngilan rayonuna təyin olunan xüsusi nümayəndəni qəbul edərkən öz çıxışında işğaldan azad olunmuş ərazilərlə, xüsusilə də Zəngilan rayonu ilə bağlı mühüm məqamlara diqqət çəkdi, görülən işlərdən və qarşıda dayanan vəzifələrdən danışdı. İşğal dövründə hər bir ərazimizin erməni vandalizmindən əziyyət çəkdiyini qeyd edən cənab Prezident Zəngilan rayonunda da bu barbarlığın sərhəd tanımadığını bildirdi. Ermənilər Zəngilan rayonunda bütün infrastrukturu yerlə yeksan etmiş, mədəni-tarixi irsimizi tamamilə dağıtmışlar. Rayon ərazisində cəmi bir-iki bina saxlamışdılar ki,  həmin binalardan da hərbçilər istifadə edirdilər. Zəngilan məscidi dağıdılmış, məsciddən cəmi bir divar qalmışdı. Bütün bunlar erməni barbarlığını dünyaya sübut edən dəlillərdir.

Artıq rayon ərazisində bərpa-quruculuq işləri sürətli formada həyata keçirilməkdədir. Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən təmir edilir, Zəngilan Beynəlxalq Hava Limanının inşası davam etdirilir, yerli, eyni zamanda, beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yolları çəkilir. Cənab Prezident nəqliyyat infrastrukturu haqqında bəhs edərkən Zəngilanın beynəlxalq         nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməli olduğunu vurğuladı. Zəngilanın ərazisi beynəlxalq əhəmiyyətə malikdir və rayon ərazisindən keçən həm dəmir yolu, həm də avtomobil yolu  Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaqdır. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir ki, bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.

Çıxışı zamanı Prezident cənab İlham Əliyev ağıllı kənd konsepsiyası əsasında həyata keçirilən ilk pilot layihə olan Ağalı kəndində görülən işlərə də münasibət bildirdi. Yaxın zaman ərzində keçmiş məcburi köçkünlərin burada məskunlaşdırılacağını qeyd edən ölkə başçısı burada sakinlərin məşğulluğunun təmin edilməsi üçün lazımi infrastrukturun da yaradıldığı haqqında məlumat verdi. Dövlət öz gücünü səfərbər edərək burada nə mümkündürsə edir. Bir sözlə, hər kəs işğaldan azad olunmuş ərazilərlə bağlı Azərbaycanın planlarını Ağalı kəndinin timsalında görə bilər. Ölkə başçısı bildirdi ki, işğaldan azad edilmiş hər bir kənd plan əsasında yenidən qurulacaq və bunun üçün baş planlar hazırlanır.  

Prezident cənab İlham Əliyev Ermənistanın torpaqlarımızı işğalda saxladığı zaman təbii sərvətləri talan etdiyini və ekoloji terror törətdiyini də vurğuladı. Məhz bu vandallığı  ilə Ermənistan torpaqlarımızın ekologiyasına da böyük zərər vurmuşdur. Minlərlə hektar meşə sahələri tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələr kütləvi surətdə qırılmışdır. Həmçinin Zəngilanda və  Avropanın ərazisinə görə ikinci ən böyük çinar meşəsi olan Bəsitçay təbiət qoruğunun böyük hissəsini ermənilər məhv etmişlər. Torpaqlarımız işğaldan azad edildikdən sonra  artıq Bəsitçay təbiət qoruğunun bərpasına başlanıb. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Bundan əlavə, Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metal yataqlarını da vəhşicəsinə istismar etmişdir. Azərbaycan ərazisində törətdiyi ekoloji terrora və talançılığa görə rəsmi İrəvan məsuliyyət daşımalıdır. Azərbaycan dövlətinə dəymiş bütün ziyanın hesablanması və bütün kəndlərin, şəhərlərin pasportlaşdırılması prosesi aparılır. Toplanan faktlar əsasında Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir.

Ölkə başçısı çıxışı zamanı Zəngilan rayonunun böyük turizm potensialına malik olduğunu qeyd etdi. Rayon ərzasində olan gözəl meşələri, dağları, bulaqları, çayları və yaradılacaq beynəlxalq hava limanını, dəmir yolunu, avtomobil yollarını böyük bir sərvət olaraq qiymətləndirən Prezident İlham Əliyev  Zəngilanın turizm potensialını digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalı olduğunu mühüm vəzifə kimi müəyyənləşdirdi. Cənab Prezident bildirdi ki, otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir.

Son xəbərlər

Azərbaycanda universitet 345 işçi axtarır - Vakansiya SİYAHISI

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycanda Novruz bayramı qeyd edilir

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib

Elşad Abdullayev: Xalqımızın ən sevimli bayramı - Novruz

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

Bayram günlərinin hava proqnozu açıqlanıb

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər - YENİLƏNİB

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Yanvarda nikah və boşanmaların sayı azalıb

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb

SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub

Parlamentdə müəllimlərin maaş artımından danışıldı

Bütün xəbərlər