{category-title}

Müəllim uçqun olan məktəbin şagirdlərinə evində dərs keçir


Cəlilabadda müəllim öz evini məktəbə çevirib.

"Report"un Muğan bürosu xəbər verir ki, rayonun Musalı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aidə Quliyeva iki sinfin şagirdlərinin tədrisi üçün öz evində şərait yaradıb.

Buna səbəb isə bir müddət əvvəl yağan güclü qar qəzalı vəziyyətdə olan rayonun Musalı kənd tam orta məktəbinin inzibati binasının bir hissəsini uçurmuşdu. Tamamilə yararsız hala düşən məktəbdə tədrisin həyata keçirilməsi mümkün olmadığından şagirdlər qonşu Zəhmətabad kəndinin məktəbinə köçürülmüşdü.

Zəhmətabad kənd orta məktəbində isə yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində, ibtidai sinif müəlliminin evində təşkil edilib.

Cəlilabad Rayon Təhsil Şöbəsindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb: "19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün 28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Lakin həmin məktəbdə yer çatışmazlığı olduğundan iki sinfin şagirdlərinin təhsilini davam etmələri Musalı kənd orta məktəbinin ibtidai sinif müəlliminin evində şərait yaradılıb".

Təhsil şöbəsindən verilən məlumata görə, hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib: "Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 01.11.2021-ci il tarixdən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər".

Son xəbərlər

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Bütün xəbərlər