{category-title}

Rəşad Cəbrayılov

YAP Salyan rayon təşkilatının sədri 

 

Prezident İlham Əliyev 21-ci əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır. Onun 2003-cü ildə Azərbaycanda  siyasi hakimiyyətə gələməsi müstəqillik tariximizin ayrıca bir mərhələsini təşkil edir.

 

Hər şeydən öncə bu mərhələ müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi dayanıqlılığımızın artırılması, sosial dövlət öhdəçiliklərinin realizə edilməsi, ölkəmizdə hərbi sənayenin yaradılması və ordu quruculuğunun yenidən təşkili, yeni regional və qlobal layihələrin həyata keçirilməsi, xarici siyasət kursunda hücum diplomatiyası strategiyasının müəyyənləşdirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da artırılması mərhələsidir. Buna paralel olaraq eyni zamanda çoxsaylı sosial layihələrin həyata keçirilməsi, vətəndaşlarının rifahının yaxşılaşdırılması, iqtisadi inkişafın təmin edilməsi,  inkluziv cəmiyyətin qurulması və bütün sahələrdə tərəqqinin əldə edilməsi dövrüdür.

 

2003-cü ildən 2018-ci ilədək xarakterik olan bu inkişaf ənənələri 2018-ci ildə İlham Əliyevin yenidən Prezident seçilməsi ilə növbəti, daha intensiv inkişaf mərhələsinə qədəm qoymuş oldu. Bu mərhələ dərin islahatlar, regional layihələrin uğurla reallaşdırılaraq başa çatması, 2011-ci ildən başlayaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Qeyri Daimi üzvü kimi bu beynəlxalq təşkilata iki il rəhbərlik etməsi təcrübəsinin  2019-2022 –ci illərdə Qoşulmama Hərakatına rəhbərlik edəcək mərhələsinə qədər beynəlxalq nüfuzunun artması hadisəsidir. Ancaq 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi ən böyük tarixi naliyyət və uğur heç şübhəsiz ki, 2020-ci ildə 44 günlük müharibədən sonra tarixi zəfər əldə edərək ərazi bütövlüyümüzü bərpa etməsidir. Bu hadisə təkcə İlham Əliyevin hakimiyyəti dövrünün parlaq zəfəri deyil  bütövlükdə Azərbaycanın hərbi siyasi tarixinin son 200 ildə əldə etdiyi ən böyük qələbə, ən parlaq zəfərdir. Tarixi qələbəmiz özlüyündə nə qədər çətin əldə edilən bir naliyyət idisə bu qələbəmiz nəticəsində reguonumuzda yaranan yeni güc balansının və strateji konfiqurasiyanın dünyaya qəbul etdirliməsi işi də bir o qədər çətin bir proses idi.

 

Elə cəmisi bir neçə gün əvvəl Avropa İttifaqının paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra əminliklə qeyd edə bilərik ki, yeni reallıq artıq təkcə region ölkələri tərəfindən deyil bütövlükdə Avropa tərəfindən də qəbul edildi. Artıq regionun gələcəyi Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında müəyyənləşəcək. Başqa sözlə Prezident İlham Əliyevin siyasi strategiyası Cənubi Qafqaz kimi mürəkkəb bir tarixi –siyasi coğrafiyada mümkün sülhü diqtə edəcək. Hazırda xalqımız tarixi zəfərimizin yaratdığı yeni reallıqlar sayəsində uzun illərdir gözlədiyi Böyük Qayıdış təntənəsini yaşamaqdadır. Bu isə növbəti tarixi inkişafımız, rifah və naliyyətlərimizin  başlanğıcıdır.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər