{category-title}

Qarabağda yeni toqquşmanın anonsu verilir - Video

Putin Əliyev və Paşinyanla danışıb: tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib, 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl həyata keçirilməsinin vacibliyini təsdiqləyiblər.

Putinin indi zəng etməsinin əsas səbəbi Əliyev və Paşinyanın aprelin 6-da Bresseldə Şarl Mişelin vasitəçiliyi ilə görüşməsidir: Rusiya xüsusilə Ukraynadakı müharibədən sonra Qərb cəbhəsində təşkil edilən belə görüşləri Cənubi Qafqazda “əsas vasitəçi” roluna riskli hesab edir və görüşdən öncə tərəflərin onun vasitəçiliyinə sadiqliyini yoxlayır.

Rusiya Qarabağda baş verən son hadisələrin də Qərb masasında müzakirə edilməsində maraqlı deyil. Hərçənd, bunun üçün razılaşmaların icrasında irəliləyiş olmalı, xüsusilə Qarabağda gərginliyə səbəb olan 4-cü bənd (erməni silahlı dəstələrin çıxarılması) yerinə yetirilməlidir. 4-cü bənd həm də 11 yanvar və 26 noyabr razılaşmalarının icrası önündə əsas əngəldir.

Paşinyanın son açıqlamaları isə bölgədə yeni eskalasiyanın anonsu hesab edilə bilər. 10 noyabr razılaşmasının 4-cü bəndini özünməxsus formada təhrif edən Nikol deyir ki, qondarma “Qarabağ müdafiə qüvvələrinin” çıxarılması ermənilərin Qarabağdan çıxarılması deməkdir.

Birincisi, razılaşmanın 4-cü bəndində “sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” sözləri qeyd olunur və bu, Paşinyanın iddia etdiyi kimi, erməni silahlı dəstələrinin Azərbaycan ərazisində geri çəkilməsi yox, bölgədən çıxarılmasını nəzərdə tutur;

İkincisi, Azərbaycan Ordusu müharibənin gedişində erməni dəstələrini hazırda olduqları mövqelərə qədər təmizləmişdi və razılaşmaya əsasən hansısa “geriçəkilmə” olmayıb;

Üçüncüsü, Paşinyan qondarma “Qarabağın müdafiə qüvvələri” deməklə hazırda Azərbaycan ərazisində olan erməni silahlı qüvvələrinin qalıqlarının da separatçıların “ordusu”na aid olduğunu göstərməyə çalışır; hərçənd, razılaşmada söhbət “erməni silahlı qüvvələri”ndən gedir və 4-cü bəndin icrasından sonra separatçılar, eləcə də onların terrorçu dəstələrinin təmizlənməsi Azərbaycanın daxili işidir.

Bu iddialar Ermənistan tərəfinin 4-cü bəndi icra etməkdən açıq mətnlə imtina etməsi deməkdir və erməni baş nazirin Brüssel görüşündən öncə bu mövqeyi təsadüfi deyil: Zəngəzur dəhlizi məsələsində Ermənistanın istədiyi “yol məntiqinin” Brüssel masasında qəbul edilməsi Paşinyanın erməni silahlı dəstələri ilə bağlı məsələni də Rusiyasız masaya daşımaq niyyətindən xəbər verir.

Bütün bunların kontekstində Fərrux məsələsində görə Paşinyanın Rusiya sülhməramlılarını ittiham etməsi də diqqət çəkir.

Baş verənlər, xüsusilə Paşinyanın son mövqeyi 4-cü bəndin icrası üçün Bakıya anti-terror əməliyyatından başqa çıxış yolu qoymur. Putinin hər iki tərəflə danışması və razılaşmaların icrasına sadiqliyin vurğulanması Rusiyanın yaranmış əməliyyat zərurətindən narahat olduğunu və vəziyyəti sakitləşdirmək istədiyini də göstərir.

Vəziyyətin uzun müddət belə davam etməyəcəyi ortadadır və razılaşmalarda irəliləyişin olmaması Moskvanın vasitəçiliyinə riskləri artırır. Mümkündür ki, Əliyev Putinlə söhbətdə 4-cü bəndin icrasının vacibliyini və bu edilmədiyi təqdirdə kommunikasiya, eləcə də sərhəd razılaşmalarının icrasının mümkünsüzlüyünü izah edib.

Proseslər 4-cü bəndin yerinə yetirilməsinin aktual olduğunu deməyə əsas verir. Lakin əsas məsələ fərqlidir: erməni qoşunları razılaşmaya əsasən bölgəni tərk edəcəklər, yoxsa buna məcbur ediləcək?!

Son xəbərlər

“Qarabağda Yenidən Dirçəlişin Simvolu: Leysan Məmmədovun Fədakar Rəhbərliyi”

“Təbii Nəktar və Fədakarlığın Simvolu: Mirhümbət Səmədovun Arıçılıq Sahəsindəki Əməyi”

Fərhad Həsənov: Milli Konstitusiya - müstəqil Azərbaycanın demokratik inkişafının hüquqi əsası

Təyyarə siqnal vermədən radarlardan itib

ABŞ-də görüşdülər

Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi

Babək Quliyev UEFA-dan növbəti təyinat alıb

Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaq

London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb

Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib

Karapetyan “Ermənistan Elektrik Şəbəkələri”ni idarə etməkdən məhrum edilə bilər

İslam Oyunları: Azərbaycan millisi yarımfinalda məğlub olub

Tusk: Ukraynanın müharibəni uduzması üçün obyektiv səbəb yoxdur

Sabah 24 dərəcə isti olacaq - PROQNOZ

Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib

Ermənistanın kapitulyasiya aktına imza atmasından 5 il ötür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi

Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Bütün xəbərlər