{category-title}

Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər?

Hərdən belə fikirlər eşidirik ki, Bakının yol-nəqliyyat problemlərinin həlli üçün paytaxtı başqa şəhərə köçürmək lazımdır. Guya, bundan sonra Bakı rahatlanar.

Bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, paytaxtı köçürməyin dövlət büdcəsi üçün milyardlara başa gələcək bir ideya olduğunu nəzərə almaq lazımdır. 

"Elə həmin pulu dəqiq hesablanmış plan üzrə Bakının mobillik problemlərinin həllinə xərcləsək, ciddi dəyişikliklər görərik. Bakı Azərbaycanın sadəcə paytaxtı (siyasi mərkəzi) yox, həm də əsas işgüzar (sənaye, xidmətlər, təhsil, elm, mədəniyyət və s.) mərkəzidir. Ona görə də hansısa mərkəzi hakimiyyət orqanını Bakıdan harasa köçürmək Bakının ikinci statusunu (işgüzar mərkəz) dəyişməyəcək. Dünyada paytaxtı daha kiçik şəhərlərə köçürənlərin əksəriyyəti əslində ali hakimiyyət orqanlarında çalışanları iri şəhərlərin səs-küyündən, tıxaclarından və başqa bu kimi diskomfort yaradan amillərindən qurtarmaq məqsədi güdüblər. Yəni, belə köçürmə həmin keçmiş iri paytaxtın əhalisinə heç nə verməyib. Əksinə, bəzən paytaxtın köçməsi bu statusunu itirən iri şəhərin, az da olsa, diqqətdən kənarda qalması, infrastruktur inkişafında geriləməsi ilə nəticələnib. Qısası, paytaxtı köçürmək hətta Bakını daha pis vəziyyətə sala bilər".

Ekspert qeyd edib ki, ən yaxşısı ölkəmizdə tədricən Bakıya alternativ ola biləcək digər mərkəzlər yaratmağa çalışmaqdır:

"Yerləşmə, kommunal təminat, ərazi inkişafı, logistika və s. baxımdan  perspektivi olan bir neçə digər şəhərimizin regional mərkəzlərə çevrilməsi üçün ciddi işlər görmək lazımdır. Məsələn, mümkün investisiyalar qoymaqla yeni istehsal müəssisələri yaratmaq, başqa iş yerləri açmaq, paytaxtdakılara rəqib ola bilən universitetlər açmaq, daha mükəmməl turizm ifrastrukturu yaratmaq, mədəniyyət obyektləri açamaq və s. Belə olsa, urbanizasiyanın bundan sonrakı mərhələsi həmin mərkəzlər hesabına olar və Bakıya axın azalar. Bakıya axın azalanda isə cəngəlliksayağı məskunlaşma dayanar. Daha sonra Bakının yol-nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq, müasir mobillik yartmaq olar".

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər