{category-title}

Azərbaycanda Rusiya telekanallarına və “Sputnik Azərbaycan”a “stop” qoyulmalıdır? - TƏHLİL


Rusiyanın Azərbaycanın informasiya resurslarının yayımladığı xəbərlərə qarşısında dözümsüzlük nümayiş etdirməsindən sonra Kremlə bir neçə söz ünvanlamağa əşhədü-ehtiyac yaranır.

Dünya Ukrayna müharibəsinin yaratdığı ağrılı mənzərə fonunda Rusiyaya qarşı tuşlanan ağır informasiya artilleriyası şəbəkəsinə qoşularaq Moskvanı beynəlxalq informasiya platformasında sıxışdırır, onu təcrid edir.

Rusiyanın bir neçə saytı, telekanalı bloklanır, haqlı qərardır, yəni səbəblərdən asılı olmayaraq verilən qərarlar nəticə etibarı ilə Kremlin təbliğat dilini kəsir.

Ağır sanksiyalar tətbiq edilir, Rusiyada iqtisadi mənzərə korlanır, bunun paralelində isə Qərb Moskvanı daha sərt cəzalar gözlədiyini bəyan edir.

Belə bir məqamda isə nə Azərbaycan, nə də Türkiyə Rusiya ilə münasibətlərin xarakterinə neqativ məzmun yükləmək cəhdlərinə girişmir, ancaq Ukraynanın ərazi bütövlüyünə də dəstək nümayiş etdirir, qısası müharibənin tərəfinə çevrilmədən Kiyevlə də, Moskva ilə də münasibətlərini qoruyub saxlayır.

Bu azmış kimi, Azərbaycan da, Türkiyə də Ukraynaya humanitar yardım göndərir, Ukrayna Prezidenti Volodimir Zelenski buna görə təşəkkürü təşəkkürə calayan bəyanatlar verir.

Ancaq Rusiya xoflu davranır, özünü dahi ingilis yazıçı Corc Oruellin “1984” romanındakı amansız repressiya aparatını təcəssüm etdirən dövlət kimi aparır. Hətta özünə qarşı olmayan addımlardan da dərin narahatlıq keçirir və Azərbaycanı da narahatlıq gətirən siyahıya salır.

Azərbaycan dövlətinin siyasəti bərabərtərəfli münasibətlər sisteminə əsaslanır və balanslı qamət Bakının strateji xəttinin qayəsidir.

Bəs Rusiyanın ruhuna hansı səbəbdən qorxu düşüb və Azərbaycana qarşı deputatın dili ilə hədyanlıqla dolu təhdidə imkan verir? O deputatın adını belə çəkmək istəmirəm, o da bəllidir ki, Rusiya demokratik ölkə olmadığından həmin deputatın Azərbaycana hədə yağdırması fikir plüralizmi kontekstində dəyərləndirilə bilməz. Bu, həmin zamana təsadüf edir ki, Rusiya Azərbaycana məxsus bir neçə sayta girişi öz ərazisində bloklayır, ardınca isə belə təhdidlər səslənir.

Rusiya özünü çətin seçim qarşısına qoyur, çünki Azərbaycan da analoji addımlara gedib öz ərazisində Rusiya saytlarının, telekanallarının girişinə “stop” qoya bilər. Moskva bundan razı qalmaz, amma bu halın yaranması onun öz qərəzli iradəsindən doğan reaksiyalara qarşı cavab tədbiridir.

İndi Azərbaycan da öz ərazisində Rusiyanın təbliğatını aparan kanalların yayımını dayandırsa, necə olacaq?

Onu da nəzərə alaq ki, Rusiyanın Bakıda “Sputnik Azərbaycan” redaksiyası da fəaliyyət göstərir, yəni Rusiyanın təbliğatını aparan, ara-sıra erməni maraqlarını önə çəkən bir agentliyin Azərbaycan redaksiyası.

Moskva ictimai-siyasi üfüqlərində Azərbaycana qarşı qeyri-adekvat davrandıqca “Sputnik Azərbaycan”dan tutmuş Rusiya telekanallarına qədər – hamısının Azərbaycanda “qara siyahı”ya salınması da aktuallığını itirməyəcək.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər