{category-title}

Azərbaycanda yaxın vaxtlarda dərman qıtlığı yarana bilər - Diqqət, TƏHLÜKƏ!!!

Ukraynada müharibənin başlaması Rusiyaya qarşı sərt beynəlxalq sanksiyaların tətbiqinə səbəb oldu. Nəticədə Rusiyanın əczaçılıq şirkətlərinin xammal qıtlığı ilə üzləşəcəyi gözlənilir. Hərçənd bu sahəyə qarşı birbaşa sanksiyalar tətbiq olunmasa da, logistika zəncirlərinin pozulması artıq müəyyən fəsadlar doğurmağa başlayıb.

Belə ki, Avropadan lazımi inqrediyentlərin tədarükü dayandırılıb, Çin və Hindistandan olan tədarük zəncirləri də problemlərlə üzləşir. Belə bir vəziyyətdə Rusiya əlində olan ehtiyatlarını daxili ehtiyacına yönəltmək məcburiyyətindədir.

Belə olan halda, Rusiyaya qarşı sanksiyalar nəticəsində yaranmış vəziyyətin Azərbaycandakı dərman bazarına təsiri necə olacaq?

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra stomatoloji klinikalarda artıq problemlər yaşanır. Nəzərə alınsa ki, stomatoloji məhsulların əksəriyyəti Rusiyadan idxal edilir, logistika problemlərinin mövcudluğuna görə artıq buradan tibbi ləvazimatların gətirilməsi çətinləşib. Bəs görəsən, apteklərdə də bu cür vəziyyət yarana bilərmi?

Bir neçə aptekdə olub, mövcud vəziyyəti öyrənməyə çalışdıq. Nizami rayonunda fəaliyyət göstərən bir neçə aptekdə əczaçılarla söhbət etdik. Bildirdilər ki, dərman qıtlığı bir ildir ki, yaranıb: “Konkret olaraq müharibəyə görə deyil, elə bir ildir ki, əziyyət çəkirik. Əsasən koronavirusa aid dərmanlar gətirilmir. Əsasən də uşaqlar üçün həkimlərin məsləhət gördüyü dərmanlar tapılmır”.

Apteklərdə onu da dedilər ki, dərman preparatlarının əksəriyyəti Rusiyadan və Ukraynadan gətirilir.

Dia.az xəbər verir ki, iqtisadçı-ekspert Elman Sadıqov “Yeni Müsavat”a mövcud vəziyyəti belə şərh edib: “Rusiyada nəinki dərman sahəsində, bütün digər sahələrdə istehsal sahəsində ciddi problemlər yaşanacaq. İstənilən istehsal olunan məhsulun hər hansı bir inqrediyenti, xam məhsulu, yaxud da yarımfabrikat məhsulu xaricdən idxal olunur. Bu idxal da kəsilib. Ona görə ki, Rusiyanın hazırda dollarla bağlı ciddi problemləri var. Üstəgəl, yeni sanksiyalar paketi təqdim olunur. Dollar qıtlığı, ümumiyyətlə, ticarətin kəsilməsi, problemlərin getdikcə dərinləşməsi o deməkdir ki, Rusiya öz xammalını xaricdən ala bilməyəcək. O cümlədən dərman tədarükü edə bilməyəcək. Daxildə olan dərman tədarükü, lazım olan dərmanların hazırlanmasını, yaxud bazarın tələbini nə dərəcədə qarşılayacaq, o da sual altındadır. Nəticə etibarilə bu, qlobal iqtisadiyyatdır. Bütün ölkələrin iqtisadiyyatları açıqdır və qarşılıqlı əlaqələr var. Bir ölkədə baş verən hər hansı hadisə mütləq digər ölkəyə təsir edir. Ona görə də Rusiya dərman preparatlarını Avropadan, Amerikadan və ya digər ölkələrdən idxal etməklə qarşılayırdı, yaxud da özü hazırlayırdı. Amma hazırladıqları bir sıra komponentləri də var ki, idxal edirdi, burada ciddi problemlər yarandı. Tədarük zəncirləri də qırıldı, sanksiyalar altına alındı. Bunun da digər ölkələrə təsiri, əlbəttə, olacaq. Burada incə bir nüans var. Dünyada elə bir ölkə yoxdur ki, hansısa dərman yalnız orada istehsal olunsun. Məsələ ondan ibarətdir ki, Azərbaycan həmin dərmanları Türkiyədən, Hindistandan, Avropadan gətirəcək. Bunu müəyyən mənada kompensasiya edə biləcək, orada bir sıxıntı yoxdur. Sıxıntı ondan ibarətdir ki, o dərmanlar ki, Rusiya tərəfindən artıq bazara çıxarıla bilməyəcək, bunları nə dərəcədə kompensasiya edə biləcəyik? İkinci sual, böyük ehtimalla bir sıra dərmanlar tam olaraq kompensasiya edilməyəcək. Say etibarilə təklif tələbi qarşılaya bilməyəcək. Təklif də tələbi qarşılaya bilməyəndə qiymət artımı baş verir. Eləcə də, Rusiyanın özünün daxili tələblərini yerinə yetirməsi üçün həmin dərmanların ixracına özlərinin kvota, yaxud embarqo qoyması həmin dərmanları ixrac etməməsi ilə nəticələnəcək. Onsuz da Rusiyanın özündə dərmanların bir hissəsi çatışmır. Getdikcə də bu, dərinləşə bilər. Əlbəttə, bu çox önəmli bir məsələdir.

Sadəcə olaraq, burada güc bizim Səhiyyə Nazirliyinin üzərinə düşür. Burada diqqət Rusiyadan idxal olunan dərmanların siyahısının müəyyən olunmasına, həmin dərmanların digər ölkələrdən idxalının təşkil olunmasına, o dərmanların nə dərəcədə əvəz edilə bilən olmasına yönəlməlidir. Yəni həm qiymət baxımından, həm keyfiyyət baxımından hər bir nüans nəzərə alınmalıdır. Əlbəttə, məhsullar Avropadan idxal olunacaq. Avropadakı dərmanlar daha keyfiyyətlidir. Amma məsələ ondan ibarətdir ki, istədiyimiz qədər idxal edə biləcəyikmi? Çünki bizim qarşılaşdığımız problemlə digər ölkələr də qarşılaşır, tək Azərbaycan deyil. Digər ölkələr də bu addımı atacaqlar. Hər bir ölkə Avropadan və digər ölkələrdən əczaçılıq məhsullarının idxalını artırdıqca həmin ölkələrin özlərinin də qiymət artımı ola bilər, yaxud da ixraca limit qoyula bilər".

E.Sadıqov qeyd edib ki, dərmanlarla bağlı danışanda Ukraynanı yaddan çıxarmamalıyıq: “İdxalla bağlı danışarkən, Rusiya ilə birgə Ukraynanın da adını çəkməliyik. Çünki biz bir çox məhsulları Ukraynadan idxal edirik, ərzaq, dərmanlar və sairə. Ukraynada artıq infrastruktur dağılıb. Əgər Rusiyadan danışırıqsa, Ukraynanı da nəzərə almalıyıq. Rusiya və Ukraynadan idxal etdiyimiz o dərmanlar ki var, onları analiz etməliyik və digər ölkələrdə necə qarşılaya biləcəyik, bax burada müəyyən ehtiyatların görülməsinə ehtiyac var”.

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər