{category-title}

Ziyarətgahlardan yığılan pullar hara və necə xərclənəcək? - AKTUAL

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacağı bildirilir.

Maraqlıdır, bu nəyisə dəyişəcəkmi? Ziyarətgahlardan yığılan pullar hara gedecek bu zaman? Səsləndirilən fikirlər arasında yığılacaq ianələrin dövlət büdcəsinə gedəcəyi deyilir. 

PressXeber.info xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info-ya danışan din xadimi Hacı Təyyar Hüseynli bildirib ki, Azərbaycan Respublikası Konstitutsiyasının müəyyən maddələrində bununla bağlı dəyişikliklər olub:

"Yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlətin komitəsidir. Bəzən din adı kimlərisə çaşdırır ki, bura dini məkandır. Bura dini məkan deyil, dini qurum da deyil. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Yəni dövlətin strukturudur.

Həmin struktur Azərbaycanda olan dini arenaya nəzarət edən, illər öncə yaranmışdı. Bildiyimiz kimi, Şeyximiz 2003-cü ildən ömürlük status qazanıb. Bəzi səlahiyyətləri vardı. Nəyi dəyişəcək deyəndə, əgər məscidlər, ziyarətgahlar varsa şəffaflığın təminatı ilə bağlı məsələlər rəsmiləşməlidir. İanələr Dini Qurumlarla İş üzrə Dövlət qurumunun səlahiyyətinə veriləcəksə, büdcənin hansı istiqamətə təyinatı məsələsi öz işləridir.

Dövlətin onlardan ianələrin hara xərclənməsilə bağlı tələbi nədirsə, bunu yalnız dövlət qurumu bilər. Amma öz adımdan bildirim ki, əgər məscidlərdə, ziyarətgahlarda nəzir şəffaf olsa, gözəl olar. İnsanlar həm məscidə gələrkən mənəviyyat sferasın şəffaf görərlər, həm də maddi baxımdan ianələrinin necə xərclənməsinə əmin olarlar".

Hacının fikrincə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə səlahiyyət verilməsi daha sivil mühit yaradacaq:

"Hər bir insan sual verir ki, nəzir qutularına atdığımız pullar hara gedir? Əslində insanlar bilir ki, məscidə köməkdir. Faktlar ortalığa qoyulanda insanlar bilir ki, verdiyi pul hara getdi. Cavab olaraq belə deyib, bu cür düşünürük. Allah bilir hara gedir! Xərclər rəsmiləşdiriləndə nəzirin hara getdiyi də məlum olur. Əgər nəzirlər dövlət büdcəsinə gedəcəksə, bu səlahiyyətlər hansı qurumdadırsa, Allah eləsin ki, səlahiyyəti olan şəxslər ianələri təyinatı üzrə, ianəni verənin arzuları istiqamətində xərcləsinlər. Xəyanət edəcəklərsə, dövlət büdcəsinə birinci onu dövlət cəzalandıracaq. Əgər burada ianə məsələsi varsa, ziyarətgahın adı varsa, onu Allah cəzalandıracaq".

Bunula bağlı ilahiyyatçı Elşad Miri də fikirlərini bizimlə bölüşüb:

"Düşünmürəm ki, bu nəyisə dəyişəcək. Sadəcə olaraq, Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) verilən cavab idi. Çünki Qafqaz Müsəlmanları İdarəsi sədrinin Şuşanın, Qarabağın işğaldan azad edilməsilə bağlı açıqlamaları İranın dini liderinin fətvası ilə əlaqəli idi. Bundan sonra bu məsələlər təmamilə dəyişdi. Əlavə dəyişikliklər bir növ də QMİ-nin əlindən müəyyən səlahiyyətlərinin alınıb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsidir.

Burada Komitənin Türkiyənin Diyanet İşləri Başqanlığı kimi formaya çevrilməsinin şahidi oluruq. Yaxın gələcəkdə bu tam olaraq həyata keçiriləcək. Amma bu özü də sual altındadır. Çünki Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin faktiki olaraq əsas missiyası dini qurumlarla, icmalarla birgə çalışmaqdır. QİM isə konkret dini məsələlərlə məşğul idi. Faktiki olaraq sədrə yeri göstərildi, əlindəki səlahiyyətlər alındı. Digər tərəfdən isə Şeyxdən sonra yəqin ki, QMİ-nin məsələsi artıq sual altındadır. Hazırda buna hazırlıq gedir".

İlahiyyatçı dəyişənin nə olacağı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin özünün maarifləndirilməli olduğunu qeyd edib:

"Əvvəl Bakı İslam Universiteti QMİ-nin nəzdində olsa da, özəl universitet kimi fəaliyyət göstərirdi. Bu da ləğv edildi. Daha sonra Dövlət İmtahan Mərkəzi ilə əlaqələndirildi. Bakı Dövlət Universitetinin nəzdində olan İlahiyyat fakultəsi də ləğv edildi. Fakultədə bir növ ilahiyyat institutu doğuldu. Bu gün institutun məzunları mollalardan daha üst səviyyə olaraq həmin məscidlərə təyin olunacaqlar. Bununla əlaqələndirmək olar. Ziyarətgaha yığılan pulların hara getməsinə gəlincə, bizim vergi olaraq yığılan pullarımız dövlət büdcəsinə getmirmi? Bunu nəzərə almaq, aydınlıq gətirmək lazımdır. Bir qurumun əlindəki əsas güc maliyyədir. Həmin gücü də faktiki olaraq dovlət QMİ-nin əlindən aldı".

Son xəbərlər

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Kəlbəcərə dolu düşüb

Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Bütün xəbərlər