{category-title}
Gündəm / Dünya
12.03.2022, 13:54
"Türkiyə ilə təmaslarımız davam edəcək" - Mirzoyan
“İkitərəfli münasibətləri inkişaf etdirmək üçün qeyd-şərtsiz təmaslara davam edəcəyik”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.
“Ermənistan bölgədə sülhün bərqərar olmasında qərarlıdır”, - nazir vurğulayıb.
A.Mirzoyan M.Çavuşoğluna Antalya Diplomatiya Forumuna dəvət üçün təşəkkürünü bildirib.