{category-title}

Gündəm / Cəmiyyət
7.03.2022, 15:01
Prezident Naxçıvanda yaşayan qadınları təltif edib

Prezident İlham Əliyev martın 7-də Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən qadınlar da vardır.
Prezidentin Sərəncamı ilə İmanova Mehriban Təyyar qızı və Rzayeva Yazgül Həsənəli qızı “Tərəqqi” medalı ilə təltif ediliblər.