{category-title}

 

Düzgün idarəçilik hər kəsə başucalığı gətirir

 


İşgüzar fəaliyyəti ilə yerli sakinlərə göstərdiyi diqqət və qayğı artdıqca, hər kəsin Anar Qalayevə qarşı münasibəti də artmaqda davam edir
 
 Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır,  elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır. Haqqında bəhs etdiyimiz Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Anar Qalayev da, məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. Bir müddət bundan öncə adı çəkilən kənddə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, Anar Qalayev üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir. Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kolektivin rəğbət hissini qazanan Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisinin  adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə  çəkilir.

Ölkə Prezidenti İlham Əliyev cənablarının “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı fərman dövlət proqramı səviyyəsində bütün bölgələrdə olduğu kimi, Bakı şəhərinin Sabunçu rayonunda da uğurla həyata keçirilir. Bunu adicə Sabunçu rayonunun ümumi mənzərəsində görmək çox asandır. Belə ki, rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Anar Qalayevin rəhbərliyi altında geniş miqyaslı abadlaşdırılma işləri həyata keçirilir. Bununla yanaşı, rayonun bütün məhəllərində təmizlik, abadlıq və səliqə-səhman ötən illərdən fərqli olaraq göz oxşayır.

Bir qayda olaraq, soyuq qış aylarında mənzil-kommunal təsərrüfatlarının işi də xeyli artır və çətinləşir. Etiraf edək ki, soyuq hava şəraiti özü artıq fiziki işi, xüsusən də açıq küçə şəraitində görülməsi tələb olunan işləri xeyli çətinləşdirir. Lakin Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Anar Qalayev qurumun bütün strukturların səmərəli işini təmin edə bilib.

Yerli İcra həkimiyyətinin dəstəyi ilə Anar müəllim xalqın ona olan inamını bir daha da doğruldur. Faktiki olaraq rayon sakinləri Anar müəllimin gördüyü bu uğurlu işlərdən tamamilə razıdır. Rayon İcra Hakimiyyəti ilə birlikdə mütəmadi olaraq, xüsusi reydlər keçirilir və əhalinin qaldırdığı problemləri dinləyərək onların qısa zaman kəsimində həllinə çalışılır. Ona görə də, Anar müəllim rayonda böyük hörmət sahibi kimi xalq tərəfindən çox sevilir. Sabunçu rayonu ərazisində yeni salınan parklar və yaşıllıq zolaqları göz oxşayır.

Sabunçu rayonunun gün-gündən çiçəklənməsinin sirri də bundadır. Ona görə ki, Anar Qalayev kimi işinin öhdəsindən bacarıqla gələ bilən idarə rəhbəri burada çalışır.
Anar müəllim keçmişdən miras qalmış steorotiplərdən uzaq bir şəxsiyyətdir. O, daim yeniliyə can atır. Məsul olduğu sahənin inkişafı istiqamətində daim yeni planlar qurur və yerli İcra Hakimiyyəti və bələdiyyənin dəstəyi ilə onları həyata keçirir. Çünki, kollegial iş prinsipi ilə çalışamaqla bütün bu uğurlara imza atır.
Fikrimizcə, digər rayonların mənzil kommunal təsərrüfatı idarələrinin işçilərinin Anar müəllimin təcrübəsini öyrənmələrinə böyük ehtiyac vardır. Sabunçu rayonunun tanıyan adamlar indi özləri də mat-mətəəl qalırlar ki, qısa bir zaman kəsimində bu uğurlara necə nail olundu. Halbuki, Anar Qalayev öz işini dərindən bilən və yerli sakinlərdən ibarət iş qaydalarını tətbiq etməklə buna nail ola bilibdir. Çünki rayon sakinləri doğma rayonlarının sürətli inkişafında daha maraqlı tərəf olduqları üçün Anar müəllimin daim tövsiyələrinə əməl edirlər. İnanırıq ki, Anar Qalayev Sabunçu rayonunda bundan sonra daha böyük uğurları əldə edəcəkdir. Bu gün əldə olunan uğurlar həm onun, həm də rayon İcra Hakimiyyətinin birgə səytləri nəticəsində baş vermişdir. Anar müəllimin yorulmaq bilmədən çalışması həm də dövlət quruculuğumuza olan inamı daha da artırır. Başdan başa abadlaşan Sabunçu rayonu indi hamı üçün bir örnək mənbəyidir.

Biz də PressXeber.info müstəqil xəbər portalı olaraq Anar müəllimə və kollektivinə gördüyü işlərə görə dərin təşəkkürlərimizi bildirir, hər zaman uğurlar arzu edirik.

Son xəbərlər

Azərbaycanla İran arasında əməkdaşlıq regional inkişafa hansı töhfələri verəcək? –TƏHLİL

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyinin yaradıldı

Təbrizdə vida mərasimi keçirilir

İmdadi Alışanov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Cavanşir körpüsü hazırda - Foto

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Tut yuyulmalıdırmı?

Bu ölkə hərbçilərini Ukraynaya göndərə bilər

Bakının bir sıra yollarında tıxac yaranıb

Qarabağ Universitetinə rektor təyin olundu

Fransanın ÇARƏSİZLİYİ – Kolonializm siyasəti iflas edən Paris niyə günahkarı başqa yerdə AXTARIR?

İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək - YENİLƏNİB

İfadəsində generalın adını çəkmişdi, məhkəmədə “tanımıram” dedi

Rəisinin dəfn tarixi və yeri açıqlandı

Sabah 24° isti olacaq

İran rəsmiləri yasda... - FOTOLAR

Rauf Səlimov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Lerikdə polis mayoru qəfil vəfat etdi

İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Fuad Hacıyev deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Rəisini daşıyan helikopter ABŞ istehsalı imiş - DETALLAR

Bakının iki qəsəbəsində qaz olmayacaq

İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bütün xəbərlər