{category-title}

Zakir Sultanova 11 il həbs cəzası: 600 min manatı və dəyərli əşyaları müsadirə edildi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Cavanşir Süleymanov müdafiə çıxışı edib.

Vəkil müvəkkili barəsində hökm qəbul olunarkən onun səmimi peşmanlığı, cinayət otaqlarının ifşa olunmasına kömək göstərməsi və 5 milyon 338 min 615 manat məbləğində dəymiş ziyanın tam ödənilməsini yüngülləşdirici hal kimi nəzərə atmağı təklif edib.Müdafiəçi qeyd edib ki, bu miqdarda vurulmuş ziyanın tam ödənilməsi Azərbaycanda ilk haldır:

"Dövlət ittihamçısı 12 il azadlıqdan məhrum edilməsini istəyib.Belə alınır ki, dövlətə dəymiş ziyanın ödənilməsi təşviq edilmir, əksinə cəzalandırılır və qanun bu hissədə əməl olunmur, bu isə qanunvericinin göstərişlərini və hüquq-mühafizə orqanlarının onlara əsaslanan iddialarını inamını pozur. Əgər Z. Sultanov yüngülləşdirici hallar nəzərə alınmadan aldadılıb məhkum olunsa, dövlətə nə faydası olacaq və bu, başqalarına necə örnək olacaq? Bundan başqa Z.Sultanovun büdcəyə ziyanın əlavə ödəməsi barədə vəsatətinə baxmağınızı xahiş edirəm.Qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddəsinin müddəalarını Z. Sultanova tətbiq edəsiniz və cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarasınız".

Təqsirləndirlilən şəxsin digər vəkili Vüqar Babayev də eyni məzmunlu çıxış edib.

Prosesdə Mədəniyyət Nazirliyi tərəfindən məhkəməyə göndərilən məktub elan olunub. Məktubda bildirilib ki, cinayət işi üzrə dəymiş ziyan ödənilib və onların əlavə iddiası yoxdur.

Zakir Sultanov məhkəmədki son sözündə hakimlərdən humanist hökm etməyi xahiş edib. Prosesdə hökm oxunub.

Hökmə əsasən Z. Sultanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il azadlıqdan məhrum edilib.

Qeyd olunub ki, Yapı Kredit Bankda olan 600 min avro və üzərinə həbs qoyulmuş sikkələr və digər qızıl-zinət əşyaları dövlət müfünə müsadirə olunmalıdır.

Xatırladaq ki, prokuror Zakir Sultanova 12 il həbs cəzası istəmişdi.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər