{category-title}

 

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbərdi, Bu şəxs kimidir?

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Respublika 21 saylı Xüsusi notariatu Daxil Kərimov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

21 saylı Xüsusi notariatu Daxil Kərimovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

21 saylı Xüsusi notariatu Daxil Kərimov - Şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim dövlətin diqqəti mərkəzindədir. Prezident İlham Əliyevin iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak etməsi qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan sosial yönümlü siyasət yürüdən dövlət olmaqla, regionda sülhün qarantıdır və yeni müharibənin olmasını istəmir.

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur.

Bu gün bu qələbənin qəhrəmanlarına - şəhid və Qarabağ əlillərinə ardıcıl olaraq dövlət başçısının diqqət və qayğısı bir daha onu göstərir ki, şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təkcə bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev və mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminik ki, müstəqil Azərbaycan yaşadıqca bu addımlar davam edəcək.

 

“2020-ci il Azərbaycan dövlətinin və xalqının çoxəsrlik tarixinə əlamətdar il kimi daxil oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu hadisə Azərbaycanın çoxəsrlik tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Şanlı Qələbəmiz təkcə tarixi ədalətin bərpası və Azərbaycanın haqlı mübarizəsinin kulminasiya nöqtəsi deyil. Qələbə nəticəsində regionda yeni reallıqlar yarandı və Azərbaycanın onsuz da böyük olan rolunun bundan sonra daha da artması üçün yeni imkanlar formalaşdı”.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın iqtisadi rayonlarının bölgüsünə yenidən baxıldı və işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu rayonlar böyük iqtisadi potensiala malikdir. Təbii ki, həmin iqtisadi rayonların imkanlarından səmərəli istifadə və onların potensialının ölkə iqtisadiyyatına inteqrasiyası Azərbaycanın bundan sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. İndi həmin ərazilərdə bərpa prosesi ən müasir tələblərə cavab verən səviyyədə müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qısa müddət ərzində nəhəng infrastruktur layihələri artıq reallaşdırılıb və hal-hazırda da bu istiqamətdə işlər davam edir.

Bu gün dövlətimizin əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması, Böyük Qayıdışın təmin edilməsidir: “Həmin ərazilər minalardan təmizləndikcə məskunlaşma prosesi həyata keçiriləcək. Təbiidir ki, insanlarımız doğma torpaqlarına qayıtdıqca ən aktual, ən vacib məsələlərdən biri də onların iqtisadi fəallığının, məşğulluğunun təmin edilməsidir. Bu proses ölkəmizin daha sürətli inkişafı üçün möhkəm zəmin yaratmış olacaq. Bilirsiniz ki, həmin iqtisadi rayonların iqtisadiyyatına, o cümlədən sosial infrastruktur layihələrinə böyük investisiyalar yatırılır. Dövlət büdcəsinin önəmli bir hissəsi bu ərazilərdə quruculuq işlərinin yerinə yetirilməsinə sərf olunur. Eyni zamanda, bu prosesdə xarici ölkələrin də şirkətləri iştirak edirlər. Xüsusilə, qardaş Türkiyənin şirkətləri həmin ərazilərdə fəal çalışır. Bununla belə bu prosesə yerli sahibkarlarımzın da aktiv qoşulması çox önəmli bir məsələdir və “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda keçirdiyimiz konfransın da əsas mahiyyəti odur ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda, həmin ərazilərin sosial-iqtisadi inkişafında qadın sahibkarların iştirakını təşviq edək. Düşünürəm ki, bu konfransda dövlət orqanlarının nümayəndələri tərəfindən verilən məlumatlar, aparılan müzakirələr nəticəsində qadın sahibkarlarımızda azad edilmiş əraziləridə mövcud vəziyyətlə bağlı aydın təsəvvür formalaşacaq və onlar həmin ərazilərin bərpası prosesində yaxından iştirak edərək quruculuq işlərinə öz töhfələrini verəcəklər”.

Son xəbərlər

Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Laos Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq

Rusiya Volodimir Zelenskini axtarışa verib

Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ

Gimnastlarımız Avropa Kubokunda medal qazandı

Universitet müəllimi vəfat etdi

Müsavat Partiyasının qurultayı KEÇİRİLİR

Azərbaycan neftinin qiyməti 85 dollara düşüb

“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Bütün xəbərlər