{category-title}

 

Bura Azərbaycanın Astara rayonunun Diqo kəndidir. Bu ucqar kənddə bir maşın, bir mağaza var. 50 uşağın yaşadığı bu kənddə məktəb yoxdur. Ən yaxın məktəb isə 5 kilometr uzaqda yerləşən Pəlikəş kəndindədir. 

Bütün dağ kəndləri kimi Diqoya da ilin əksər ayları yağış yağır, qış aylarında isə kənd qarın altında qalır. 

Diqolu uşaqlar isə yağış, qar demədən dağ yolları ilə həmin məktəbə getmək zorundadır. Birinci sinifdə oxuyanları nənələri belində qonşu kəndə daşıyır. Bəzən də valideynlər kəndin yeganə sürücüsünə pul ödəyərək uşaqlarını məktəbə maşınla yollayır. Bu isə onlara baha başa gəlir və uşaqlar yenə də öz balaca ayaqları ilə palçığa, qara qalib gəlməyə çalışırlar.

Bu çətinliyin öhdəsindən isə bir çox uşaqlar gələ bilmir. Qəhrəmanımız Şindan kimi...

Ona bu adı atası Şirin kişi qoyub, kəndlərindəki Şindan dağından xoşu gəldiyi üçün. Atası Şirin 3 il ardıcıl onu sentyabr gələndə məktəbə aparıb. Ancaq sənəd problemi yarandığından uşaq təhsilə başlaya bilməyib. Artıq Şindanın 10 yaşı var və o evdə atası Şirindən təhsil alır. Atası isə ona öz həyətlərində olan əşyaların adlarını yazmağı, oxumağı öyrədir: bal, yeşik, çərçivə, xalça, qoyun...

Onun çantası, gündəliyi və bir dəftəri var. Ən böyük problem isə qarşıdan gəlir; artıq atasının bildiyi sözləri Şindan öyrənir, atası isə bundan artığını bilmir. 

Diqolu valideynlər özləri də uşaqlıqda palçığa, qara məğlub olduğundan təhsil ala bilməyiblər və bu gün uşaqlarına evdə bundan artığını öyrədə bilmirlər. 

Diqo gənclərinin bir çoxu əllərində sənət olmadığından Şindan dağını aşıb İrandan Azərbaycana qanunsuz mal keçirmək istəyərkən həbs olunub. 

Görəsən, Şindan atasından öyrəndiyi bir neçə sözlə bu çətin həyata qalib gələ biləcəkmi? Yoxsa o da bir vaxtlar atasının fərəhlə baxıb adını ona qoyduğu Şindan dağını aşıb həbsxanaya düşəcək?

Orxan Əzim, xüsusi olaraq “Qafqazinfo” üçün

 









Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər