{category-title}

Ayaz Mütəllibov Paşinyanın Qazaxıstana qoşun göndərməklə bağlı açıqlamasından danışdı

“Öncə çox sayda insan tələfatı ilə nəticələnmiş faciəvi hadisələrlə əlaqədar qardaş qazax türk xalqına başsağlığımı bildirirəm. Bir xalq üçün olduqca agır bir faciədir. Faktiki olaraq vətəndaş müharibəsi astanasına çatıblar. Bunun da hər bir xalq və dövlət üçün bərpaolunmaz ağır nəticələrə gətirib çıxaracaq faciələrə səbəb olması mümkündür”.

Bu fikirləri Moderator.az-a açıqlamasında son günlər Qazaxıstanda baş verən hadisələrə münasibət  bildirən Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov ifadə edib.  

“Təəssüf ki, artıq qan tökülməsi, insan itkisi ilə nəticələnmiş bu proseslərin mexanizminin nədən ibarət olduğunu deməkdə çətinlik çəkirəm. Amma onu qəti şəkildə bildirmək olar ki, Qazaxıstanda hakimiyyət orqanları və sadə insanlar arasında dərin uçurum əmələ gəlib. Bu, xüsusilə mərkəzdən kənar bölgələrdə açıq şəkildə özünü göstərdi.

Ənənəvi olaraq bölgələrdə maarifləndirmə işinin zəif təşkil olunması və yaxud heç aparılmaması, yerli özünüidarətmetmə orqanlarının səhlənkarlığı, arxayınçılıq, bütün məsuliyyətin mərkəzin üzərinə atılması, əhalinin maddi cəhətdən zəif hissəsinə həssas yanaşılmaması və sair səbəblər bu tip sosial partlayışlara gətirib çıxarır.

Təbii ki, belə ziddiyyətlər fonunda müəyyən destruktiv qüvvələr hər zaman dövlət və xalq arasında obyektiv və subyektiv səbəblərdən yaranmış hər hansı anlaşılmazlıqlardan öz mənfəətlərinə uyğun yararlanmağa cəhd edirlər. Belə qüvvələr hər zaman hər bir dövlətin daxilində mövcud olub, olacaq da.

Mən istər rəhbərlik etdiyim dövrdə, istərsə də sonrakı dövrlərdə hər zaman problemlərin küçədə silahla, zirehli texnika vasitəsilə deyil, masa arxasında, sivil şəkildə, danışıqlar, müzakirələr yolu ilə həll ediməsinin tərəfdarı olmuşam. Və bu prinsiplərdən bir an olsun belə, uzaqlaşmamışam. Sonradan ötən zaman bu yolun xalqların inkişafı üçün ən optimal yol olduğunu dəfələrlə sübut etdi.

Baxın, görün son zamanlar müsəlman ölkələrində baş verən inqilablar, silahlı toqquşmalar, vətəndaş müharibələri sadə insanlara hansı fiziki, maddi, mənəvi itkilərlə başa gəlir”, - o qeyd edib.

“Ermənistan baş naziri N.Paşinyanın digərlərindən öncə KTMT çərçivəsində Qazaxıstana qoşun göndərməyə hazır olmasını bildirməsi sizdə hansı fikirləri oyatdı?” sualını isə Ayaz Mütəllibov belə cavablandırıb.

“Paşinyanın Qazaxıstana ordu göndərmək məsələsinə ciddi münasibət bildirmək istəmirəm. Yəqin ki, bu məqamda məşhur atalar sözümüz yerinə düşür: “Özünə umac ova bilmir, özgəsinə əriştə kəsməyə çalışır”. Ermənistan ordusunda sərhədləri qorumağa adam tapmaqda çətinlik çəkirlər, amma o boyda Qazaxıstana hərbi köməkdən dəm vururlar. Yəqin ki,  Paşinyan hakimiyyəti bu "jesti" ilə Ermənistanın MDB məkanında itirdiyi mövqeləri bərpa etməyə cəhd edir. Bilirsiniz, Rusiya olan yerdə heç kim Paşinyanın bu addımını ciddi qəbul etməz.

Mediadan aldığım məlumatlara görə, artıq Rusiya KTMT çərçıvəsində Qazaxıstanda qarşıdurmanın dayandırılması üçün müəyyən addımlar atmağa hazırlaşır. Bu, təbiidir, çünki ruslar və qazaxlar tarixi qonşu, dost dövlətlərdir və qarşılıqlı maraqları olan xalqlardır. Üstəgəl, Qazaxıstanda rus xalqının kifayət qədər nümayəndələri yaşayır. Bu baxımdan Rusiya ilk növbədə bir böyük qonşu dövlət kimi Qazaxıstanda stabilliyin bərpasında maraqlı olan tərəfdir” - eks-prezident belə deyib.

Son xəbərlər

Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"

Mikayıl Cabbarov:" Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq"

Azərbaycan nefti ucuzlaşıb

BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Prezident nekroloq imzaladı

Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb

Sabahın hava proqnozu açıqlanıb

Pezeşkian sabah Pakistana səfər edəcək

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü - ŞƏRH

Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Bütün xəbərlər