{category-title}


Özünü FHN komandiri kimi tanıdıb məmurla görüşdü, yalanı üzə çıxdı - Video

Azərbaycanlı Rasim Əhməd adlı bir şəxs özünü Fövqəladə Hallar Nazirliyinin komandiri kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb.

PressXeber.info “Marmaris Life” jurnalına istinadən xəbər verir ki, həmin şəxs 2021-ci ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyinə görə bələdiyyə sədri tərəfindən təltif edilib. Lakin görüş barədə Türkiyə mediasında xəbər yayıldıqdan sonra FHN-də Rasim Əhməd adlı şəxsin işləmədiyi məlum olub.

Məlumata görə, Rasim Əhmədin saxtakarlığının üstü iyul ayında türkiyəli yanğınsöndürənlərə kömək məqsədilə Türkiyəyə göndərilən azərbaycanlı yanğınsöndürənlərlə birgə çalışan S.Ş. adlı bir şəxsin diqqətcilliyi sayəsində açılıb. Həmin şəxs jurnalın Mətbuat xidməti əlaqə saxlayaraq belə bir komandirin Marmarisə gəlmədiyini bildirib. O qeyd edib ki, həmin şəxsin geyimi, rütbəsi və geyimin ad hissəsində də səhvlər var.

Türkiyə tərəfindən aparılan araşdırma zamanı quqlda da Rasim Əhməd barəsində məlumata rast gəlinməyib. Bununla yanaşı, yanğın zamanı Muğlada və Marmarisdə qalan əsgərlər sırasında həmin şəxsin adına rast gəlinməyib və onun PCR testi vermədiyi də aydın olub.

Bunun ardınca, Marmaris bələdiyyəsi Azərbaycanın səlahiyyətli şəxsləri ilə rəsmi və qeyri-rəsmi yazışmalar aparıb. Azərbaycan tərəfi belə bir şəxsin FHN-də və bu nazirliklə əlaqəli çalışan yanğınsöndürənlər sırasında olmadığını bildirib. Qeyd olunub ki, Azərbaycandan Türkiyəyə belə bir əsgər göndərilməyib.

Hazırda Rasim Əhməd adlı bu şəxsi Marmaris bələdiyyəsinə kimin dəvət etdiyi, ona bu geyimi kimin verdiyi və sözügedən təltifolunma mərasimini hansı qurumun təşkil etdiyi barədə suallar cavabsız qalıb.

Son xəbərlər

Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib

Bakıya qar yağacaq - XƏBƏRDARLIQ

Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi

İşçilərin sosial sığorta nömrəsi ləğv olunur

Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

Bu gün saat 15:00-dək işıq olmayacaq

DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi

Rəqsanə Səidə Bəkirqızından üzr istədi

BİZİM TƏQVİM: Fevralın 3-də baş vermiş tarixi hadisələr

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər

Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Anar Quliyev: "Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

Nazir direktoru işdən çıxardı

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Parlamentdə müzakirə ediləcək əsas məsələlər açıqlandı

Azərbaycanda yaşa görə pensiya ARTIRILIR

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq

Bütün xəbərlər