{category-title}


Zakir Həsənov Kəlbəcər və Laçında yeni texnikanı yoxladı - VİDEO

Kəlbəcər və Laçın rayonlarında səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, hərbi qulluqçuların yaşayış yeri ilə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə şəxsi heyət üçün lazımi şərait yaradılıb. Binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Binalar istilik, işıq və su xətləri ilə təmin olunub.

Hərbi hissələrin avtomobil parkı ilə tanış olan Müdafiə nazirinə bildirilib ki, alınan yeni tırtıllı və xizəkli texnika vasitələri ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.

Döyüş hazırlığı planına uyğun olaraq keçirilən məşğələlərin gedişatını izləyən Müdafiə nazirinə məruzə edilib ki, silahlanmaya yeni qəbul olunmuş texnikanın gücü ilə bölmələrin fəaliyyətidaha operativ olub.

Səfər zamanı yeni tikilmiş yeməkxananın da açılışı olub. Müasir avadanlıqla təchiz edilmiş mətbəx, hərbi qulluqçuların isti yeməklə qidalanmasını təmin edən personal üçün ayrıca istirahət otağı, ərzaq anbarları və digər sahələrdən ibarət yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.

Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib

Elşad Abdullayev: Xalqımızın ən sevimli bayramı - Novruz

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

Bayram günlərinin hava proqnozu açıqlanıb

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər - YENİLƏNİB

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Yanvarda nikah və boşanmaların sayı azalıb

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb

SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub

Parlamentdə müəllimlərin maaş artımından danışıldı

TƏBİB bayramlarda gücləndirilmiş rejimdə işləyəcək

İran XİN: Laricaninin öldürülməsi terror aktıdır

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir

Ayağı amputasiya olunan “Canlı şəhid” - Laricaninin yerinə gətirilə bilər

Bütün xəbərlər