{category-title}

"Media savadlılığı dövlətin özünün marağındadır" - Əhməd İsmayılov

“Media savadlılığı dövlətin özünün marağındadır və dövlət bunun həyata keçirilməsini təmin etməyi üzərinə götürür”.

Bunu bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında videokonfrans formatında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Ə. İsmayılov deyib ki, bu qanun qəbul olunduqdan sonra jurnalistlər və media subyektləri üçün güzəşt və imtiyazların tətbiq olunması nəzərdə tutulur: “Məqsədimiz mediada sistemləşmənin təşkilidir. Bu sistemləşmə təşkil olunduqdan sonra daha çox güzəşt və imtiyazların verilməsi ilə bağlı layihələrlə çıxış edə bilərik. Layihədə nəzərdə tutulmuş normalar bizə bu imkanı verir. Reklama gəlincə, reklam məsələləri “Reklam haqqında” qanunla tənzimlənir. “Media haqqında” qanun qəbul olunursa, bu qanundan irəli gələn müvafiq dəyişikliklər və uyğunlaşdırma həyata keçiriləcək. Bununla bağlı məsələlər media nümayəndələri ilə müzakirə ediləcək. Onu da qeyd edim ki, dövlət qurumları ilə bağlı reklamla əlaqədar məsələlər “Dövlət satınalmaları haqqında” qanunla tənzimlənir. Dövlət orqanları tərəfindən mediaya veriləcək hər hansı təklif həmin qanunun çərçivəsinə aiddir. Hazırda bu sahədə problem görünmür”.

Ə. İsmayılov elanların rəsmi qəzetlərdə çap olunması ilə bağlı müddəanın ləğv edildiyini də nəzərə çatdırıb: “Artıq bu elanlar hökumətin yaratdığı tender.gov.az saytında yerləşdirilir”.

İcraçı direktor istinadın informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilməyəcəyi ilə bağlı (13.3-cü maddə) maddəyə də dəyişiklik ediləcəyini, artıq qanun layihəsində informasiya agentliklərinin informasiyalarına istinad məsələsinin əksini tapacağını nəzərə çatdırıb.

Ə. İsmayılov gizli çəkilişlərin qadağan olunması məsələnin media orqanlarının parklarda, küçələrdə çəkilişini əhatə etmədiyini nəzərə çatdırıb: “Gizli çəkiliş dedikdə gizli niyyət, audiovizual çəkiliş nəzərdə tutulur, burada media subyektlərinin fəaliyyətinə hər hansı məhdudiyyətdən söhbət getmir. Bu, sadəcə düzgün başa düşülməyib”.

Son xəbərlər

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bütün xəbərlər