{category-title}

 

Paşinyanın başqa yolu yoxdur... - GƏLİŞMƏ

 

Prezident İlham Əliyev Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı növbəti dəfə Ermənistan rəhbərliyinə və himayədarlarına xəbərdarlıq mesajı verib. Dövlət başçısı bəyan edib ki, müharibə dövründə Azərbaycanı saxlamaq istəyən kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilməyiblər. Ölkə rəhbəri vurğulayıb ki, Ermənistan da, dünya da gördü ki, heç kim bizi saxlaya bilmədi: “Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxırlar, o an biz dayanmağa hazırıq.

Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun”. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı mesajları Ermənistan siyasi dairələrində geniş müzakirəyə və təşvişə səbəb olub. Bir sıra siyasətçilər Zəngəzur dəhlizi açılmayacağı təqdirdə hərbi qarşıdurmanın qaçılmaz olacağını bildirirlər. Parlamentdə müxalif “Hayastan” blokundan olan deputat Andranik Tevanyan Paşinyan hakimiyyətini rəsmi Bakı ilə pərdəarxası razılaşmalarda ittiham edib. O, Ermənistan hakimiyyətinin öz hərəkətləri ilə yeni müharibəyə səbəb olacağından danışıb: “Bizə Soçidə nə barədə razılaşdıqlarını demirlər, baş nazir müavinlərinin Moskvadakı görüşünün əslində niyə uğursuz olduğunu bizdən gizlədirlər. Biz, əlbəttə ki, pərdəarxası məlumat alırıq, lakin arzuolunan olardı ki, səlahiyyətlilər bizə məlumat versinlər”.

Siyasətçi əmindir ki, Ermənistanın indiki rəhbərliyi cəmiyyət üçün yeni “sürprizlər” hazırlayır: “Bu “sürprizlərdən” biri kimi o, Prezident İlham Əliyevin məlum bəyanatını qeyd edib:

“Azərbaycan bu gün rəsmi şəkildə Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan vaxt bildirməsini tələb edir. Bakı Zəngəzur dəhlizinin zorla əldə edilə biləcəyini belə gizlətmir. Belə çıxır ki, ya hakimiyyət yeni müharibəyə başlayır, ya da ilkin olaraq Ermənistan üçün əlverişsiz şərtlərlə delimitasiya və demarkasiya aparmağa razılaşıblar”.

Dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı Qubadan verdiyi mesajı “Şərq”ə dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov deyib ki, ölkə rəhbəri “Zəngəzur cədvəli” şərti ilə danışıqların şifrələrini açıb. Analitikin sözlərinə görə, ölkə rəhbərinin çıxışını Zəngəzur dəhlizi ilə bağlı Ermənistana növbəti şərtli çağırış kimi qiymətləndirmək olar. Amma bu şərt əvvəlki aylardan fərqli olaraq yeni müstəviyə keçib: “Prezidentin bəyanatı danışıqların bəzi detallarının mahiyyətinə vurğudur. Bəli, Azərbaycan danışıqlarda İrəvandan tələb edir ki, dəhlizin Ermənistan ərazisindən keçən hissəsində infrastruktur layihələrinin başlamasına dair qrafik tərtib etsin və bu qrafik barədə Bakıya aydın məlumatlar versin.

Bu həm də onu göstərir ki, noyabrın 26-da Soçidə baş tutan üçtərəfli görüşdə qrafikin dəqiqləşdirilməsi üçün Nikol Paşinyan qarşısında şərtlər qoyulub. Elə bu görüşdən sonra üçtərəfli komissiyanın Moskvada görüşü də həmin cədvəllə bağlı iqtisadi aspektləri özündə birləşdirən mövqelərin öyrənilməsinə, açıq qalan məsələlərin həllinə hesablanmışdı. Prezidentin Brüsseldə Nikol Paşinyanla keçirəcəyi görüş öncəsi “Zəngəzur cədvəli”nə vurğu etməsi Bakının əlinin gücləndiyinin indikatorudur. Ölkə başçısı əslində qeyd edir ki, yəni o, Brüssel danışıqlarında da Qərb siyasi platformalarının önündə Paşinyana qrafik məsələsini xatırladacaq. Prezidentin Vətən müharibəsi zamanı etdiyi çıxışla analogiya aparması da diqqət çəkir. İndi Zəngəzur koridoru kontekstində tarix istəməsi o anlama gəlir ki, Bakı ya güc yolu ilə, ya da konstruktiv dialoqla istədiyinə nail olacaq. Güc yolu deyilərkən, əslində Azərbaycanın bütün hərbi resurslarını “Zəngəzur yolunda” xərcləyəcəyini də düşünmək olmaz. Sadəcə, Azərbaycan Ordusunun bəlli bir resursu kifayət edər ki, güc yolu ilə nəticə hasil etsin”.
A.Kərimov qeyd edib ki, Ermənistan ordusunda müqavimət göstərməkdən ötrü psixoloji hazırlıq, döyüş hazırlığı yoxdur. Hərbi arsenalı isə darmadağın vəziyyətdədir: “Ümumi ordu arsenalında olan silahları Azərbaycan Ordusunun bir korpusunun silahları qarşısında acizdir. Azərbaycan postmünaqişə dövründə mühüm strateji ərazilərdə mövqelənib və bu mövqelər dəhlizin açılması üçün Bakının şərtlərini ön planda saxlayır. Diplomatik və siyasi müstəvidə, qlobal çəkişmə kontekstində yanaşsaq, deyə bilərik ki, Zəngəzur dəhlizi yeni iqtisadi fürsətlər təqdim etdiyindən bunu dəstəkləyənlər çoxdur. Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Çin, Avropa İttifaqı, Britaniya bu dəhlizi birmənalı dəstəkləyir. Azərbaycan diplomatik yolla hədəfinə çatacaq. Bunun üçün istər Rusiya, istərsə də, Qərblə apardığı danışıqlarda Ermənistana basqı yaradılması üçün formulları təqdim etməyə davam edəcək. Hərbi yolla hədəfi vurmağa gəlincə, buna cəmi bir neçə gün lazımdır. Ancaq Azərbaycan itki vermək riskinə görə bu amili hələlik təxirə salır. Eyni zamanda bu zaman kəsiyində əməliyyat şəraiti üçün hərbi-strateji analizlər aparılır ki, əgər güc variantı işə düşsə əməliyyatlar asanlaşsın.

Bu, Ermənistan üçün də tarixi şansdır, ona təqdim edilən zamanı düzgün dəyərləndirmək üçün fürsətdir. Əvvəlki çıxışlarda qrafik məsələsinə vurğu edilmirdi. İndi isə cədvəl amilinin qabardılması onu deməyə əsas verir ki, Azərbaycan Ermənistan üzərində daha bir baryeri aşıb”.

Son xəbərlər

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

Bütün xəbərlər