{category-title}

“Gorus-Qafan yolundakı postdan milyonlarla vəsait toplanıb”

 


“Gorus-Qafan yolunda qurulan Qubadlı gömrük postundan keçən nəqliyyat vasitələri “Dövlət rüsumu haqqında” qanuna müvafiq olaraq gömrük rüsumu və Vergi Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq yol vergilərinə cəlb olunur. Bu vergilər toplanaraq dövlət büdcəsinə ötürülür”.

Bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Baku TV-yə müsahibəsində bildirib. O qeyd edib ki, post vasitəsilə milyonlarla vəsait toplanaraq büdcəyə köçürülüb: “Gorus-Qafan yolunda, Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qubadlı rayonunun Eyvazlı kəndinin magistral yola yaxın hissəsində gömrük postunun yaradılması haqqında Dövlət Gömrük Komitəsi sədrinin 10 sentyabr tarixli müvafiq sərəncamı oldu. Bu sərəncamın icrasından irəli gələrək tərəfimizdən sərhəd keçid məntəqəsinin fəaliyyətə başlanması üçün bütün lazımı maddi-texniki ehtiyacların qarşılanması üçün addımlar atıldı. Postun qurulması istiqamətində şəxsi heyətin formalaşdırılması, müvafiq texniki avadanlıqlarla təchizat, rabitənin yaradılması istiqamətində internet şəbəkəyə çıxışın, DGK-nin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə çıxışın təmin olunması tərəfimizdən həyata keçirildi.

Post 12 sentyabr 2021-ci il tarixindən ölkə ərazisində gömrük xidmətinin digər postlarından heç bir fərqi olmadan, hər bir gömrük keçid məntəqəsi kimi fəaliyyətini uğurla davam etdirir. Əməkdaşlarımız növbəli iş rejimində xidmət aparırlar. Buradan toplanılan vəsaitin dövlət büdcəsinə ötürülməsi DGK tərəfindən həyata keçirilir”.

İ. Hüseynov əlavə edib ki, ərazidə POS-terminallar, bank terminalları quraşdırılıb. Postun tam fəaliyyəti təmin olunub: "Artıq milyonlarla vəsait tərəfimizdən toplanılaraq dövlət büdcəsinə köçürülüb."

Xudafərin ərazisində posta gəlincə isə, DGK rəsmisi vurğulayıb ki, işğaldan öncə Cəbrayılın Xudafərinə yaxın ərazisində gömrük postu fəaliyyət göstərirdi. Nəinki orada, bütün bərpa olunan sərhəd məntəqələrində dövlət yetkililəri qərar versə, bu məntəqələr açılacaq: “Burada məsələ tək Azərbaycan dövlət orqanlarının istəyi ilə getmir, qonşu dövlətlərlə də danışıqlar aparılır və razılaşdırılır. Hansı nöqtələrdə postların daha rahat fəaliyyət göstərməsi üçün relyef uyğun olmalıdır. Gələcəkdə yəqin ki, yeni postların açılması baş tutacaq”.

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər