{category-title}

 

Laçın Dəhlizi ƏBƏDİDİRMİ? - HƏQİQƏTƏN DƏ...

 


Məlumdur ki, 2020-ci ilin 10 noyabrında Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun çəkilməsi nəzərdə tutulur. “Yeni Müsavat” arayış verir ki, bəyanatın 6-cı bəndinə əsasən, üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün planı müəyyən ediləcək və bu xətti qorumaq Rusiya sülhməramlı kontingentinə yenidən tapşırılacaq.

Bu barədə Prezident İlham Əliyev də ötən il Laçın rayonunun boşaldılması ilə bağlı xalqa müraciətində deyib ki, Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin inşasına başlanacaq. Dövlət başçısı izah elədi ki, məqsəd Laçın şəhərini qaytarmaqdır. Hətta vurğuladı ki, bunu tezləşdirmək niyyətindədirlər. Sitat: “Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.

Lakin bu ilin sentyabrında Paşinyan parlamentin iclasında bildirib ki mövcud Laçın dəhlizinin dəyişməz qalması üçün əllərindən gələni edəcəklər. Onun sözlərinə görə, bu mövzuda “Qarabağ hakimiyyəti” və Rusiya sülhməramlı korpusunun komandanlığı ilə işçi müzakirələr aparılıb və sonra Ermənistan nümayəndələri də onlara qoşulacaq. Göründüyü kimi, Ermənistan indi də razılaşmanın 6-cı bəndinin reallaşmasına qarşı çıxır. Necə ki, 4-cü bəndi, yəni sülhməramlı olan ərazilərdən erməni silahlı dəstələri çıxarılmır, eləcə də Laçından çıxmaqdan boyun qaçırır, alternativ dəhlizdən imtina edirlər.

İrəvanın davranışlarından belə anlaşılır ki, onları Laçın şəhərinin içərisindən keçən indiki dəhliz tam qane edir və təzəsinə ehtiyac yoxdur. Ən azı yeni yolun açılmasına mane olacaqlar. Məqsəd həm də Laçın koridoru yaxınlığında Azərbaycan kəndlərində yerləşdirilmiş ermənilərin “təhlükəsizliyidir”. Çünki əsasən Şuşanın kəndləri Laçın dəhlizi istiqamətində yerləşir, alternativ yol tikintisi başa çatdıqdan sonra həmin kəndlər də Azərbaycanın nəzarətinə qayıtmalıdır. Üstəlik, sülhməramlılar yalnız bu yolun təhlükəsizliyinə cavabdeh olduqları haqda, heç bir halda Azərbaycanın ərazisi ilə bağlı danışıqlarda iştirak etmək, hansısa qərar vermək yetkisi yoxdur.

Maraqlıdır ki, Laçın şəhərindən yan keçəcək yeni dəhliz yolunun inşası haqda rəsmi məlumat da yoxdur. Belə iddialar var ki, Azərbaycan birinci Şuşaya gedən Zəfər yolunu və Kəlbəcərə gedən yolu indilikdə daha əhəmiyyətli hesab edərək onların inşasını qabağa salıb. Azərbaycan üçün o yolu gələn il çəkmək elə böyük problem olmayacaq. Ancaq istər-istəməz Azərbaycanın bir xeyli vəsaiti gedəcək, burada 100 milyon dollardan söhbət gedə bilər, ondan aşağı vəsaitlə o yolun çəkilməsi mümkün deyil. Daha bir iddia da var ki, yeni yol Xocavəndin - Hadrutun ərazisindən də keçməlidir, əgər belə olsa, Azərbaycan bir neçə strateji yüksəkliyi itirmək təhlükəsi ilə üz-üzə qala bilər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qeyd etdi ki, Prezident Administrasiyası yanında Əlaqələndirmə Qərargahı yaradılıb, Qarabağda görülən işlər haqda onlardan məlumat almaq mümkündür. Belə görünür ki, hələlik rəsmi heç bir tikinti işi başlanmayıb. Bəs ekspertlər necə düşünür, yeni dəhlizin inşasının yubanmasının səbəbi nədir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Laçın dəhlizinə alternativ yol tikilməməsi Azərbaycan üçün sərfəlidir: “Təsəvvür edin ki, biz təzə dəhlizi inşa etdik, yola nəzarəti də götürdük, amma faktiki o yolu separatçılara bağışlayacağıq. Əksinə, hazırkı Laçın dəhlizini də vermədən bu yola nəzarəti götürməliyik. Çünki Ermənistan Zəngəzur dəhlizini vermirsə, biz niyə Laçın dəhlizini verməliyik? Ona görə düzgün olaraq alternativ yolun tikintisi yubanır, Azərbaycan gözləmə mövqeyindədir”.

E.Şahinoğlunun fikrincə, Zəngəzur dəhlizi olmasa, biz Laçına yeni dəhliz tikməli deyilik: “Çünki yeni yola nəzarət edə bilməsək, sülhməramlıların ixtiyarında olsa, problemlər yarana bilər. Ümumiyyətlə, Zəngəzur dəhlizi məsələsi aydınlaşmasa, bizim üçün Laçına alternativ yolun tikintisini sürətləndirmək sərfəli deyil”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “Yeni Müsavat”a bildirdiyinə görə, istər Laçın, istər Zəngəzur dəhlizləri olsun, hər ikisi ölkələrin içindən keçir və bəyanatda da qeyd olunub ki, dövlətlərin suveren əraziləri kimi qalmalıdır. Onun fikrincə, müvəqqəti olaraq Laçın dəhlizində təhlükəsizliyə sülhməramlılar baxır: “Amma təhlükəsizlik məsələsini digər suveren hüquqlardan ayırmaq lazımdır. Qarabağa giriş-çıxış, iqtisadi mühitin bərpası olmalıdır, bu məsələlər həllini tapmalıdır. Eyni zamanda Zəngəzur məsələsinin həlli Laçın dəhlizi mövzusu üçün aktuallıq kəsb edir”.

T.Zülfüqarov hesab edir ki, onsuz da qayıdış məsələsi ləngiyir, ona görə Laçın dəhlizi ilə bağlı hələ vaxt var: “Əgər deyirlərsə yeni dəhliz Xocavənddən keçəndə strateji nöqtələr əldən çıxa bilər, onda hansı yüksəklikləri deyirlər? Axı bizə təmas xətti lazım deyil. O mənada dəhliz məsələsinin həllini hansısa müddət üçün qəbul edirəm. Bizim məqsədimiz reinteqrasiyadır, ermənilərin istədiyi isə odur ki, hər şey dondurulsun, təmas xətti yaransın. Biz təmas xətti istəmirik, çünki ora da bizim, bura da... Sadəcə, orada ermənilər yaşayır, inteqrasiya getməlidir. Biz tələb etməliyik ki, sülhməramlılar varsa, post-patrul xidmətləri olmalıdır, erməni silahlıları çıxarılmalıdır. Mən əvvəl də təklif etmişəm ki, post-patrul xidmətləri olsun, sülhməramlı və bizim hərbi polisimiz bu işi üzərinə götürsün. İndi bu haqda daha çox fikirləşmək lazımdır”.


Son xəbərlər

Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib

Azərbaycanda Qurban bayramı qeyd edilir

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bütün xəbərlər