{category-title}

 

Bu qaydaların pozulması halları ictimailəşdiriləcək - Sürücülərə XƏBƏRDARLIQ

 

Müntəzəm marşrut xətləri üzrə avtobusların rahat və maneəsiz hərəkətinin təmin edilməsi, gündəlik səfər sayı 2,2 milyon nəfər olan ictimai nəqliyyat istifadəçilərin təyinat nöqtəsinə əlavə vaxt itkisi, əsəb və stress olmadan çatması baxımından avtobus zolaqlarının mövcudluğu mühüm əhəmiyyət kəsb edir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, avtobus zolaqları dayanıqlı şəhər mobilliyinin təmin olunması, eləcə də ətraf mühitinin qorunması baxımından da əhəmiyyətlidir. Bu zolaqların olması bilavasitə şəhərdə nəqliyyat sıxlıqlarının azaldılmasına da zəmin yaradır. Belə ki, sıxlıq və tıxac zamanı marşrut xətləri üzrə avtobusların menəsiz hərəkət etməsi tədricən insanları şəxsi avtomobildən istifadədən çəkindirir və ictimai nəqliyyata yönləndirir. Məsələn: Bir var bir avtobusda 50-60 sərnişin hərəkət edir. Bir də var 50-60 sərnişini bir o qədər sayda minik avtomobili daşıyır.

Məhz bu cür vacib məqamları nəzərə alaraq BNA paytaxtda avtobus zolaqları təşkil edir. Zolaqların təşkil edilməsi üçün seçilən küçə və prospektlər avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. Belə ki, sadalanan yollardan gün ərzində yüz minlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir.

Lakin gündəlik müşahidələr onu göstərir ki, bir çox minik avtomobili sürücüləri avtobus zolaqlarının tələbinə riayət etmirlər. Bu kimi hallara daha çox Q.Qarayev, Babək və M.Useynov prospektlərində, eləcə də M.Hadi, M.Füzuli, Y.Səfərov, Ə.Rəcəbli küçələrində rast gəlinir. Bu xətalar səbəbindən avtobusların hərəkət qrafikində ləngimələr yaranır. Nəticədə dayanacaqlarda və avtobuslarda sərnişin sıxlıqları yaranır.

İctimai nəqliyyat istifadəçilərinə əlavə çətinlik yaradan minik avtomobili sürücülərinin ictimai qınağa çəkilməsi məqsədilə BNA aksiyaya başlayıb. Bu çərçivədə avtobus zolağının tələbinin pozulmasına dair müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülər ictimailəşdirilir.

İctimai qınaq obyektinə çevrilməmək üçün sürücülər avtobus zolağının tələbinə riayət etməli, ictimai nəqliyyatın üstünlüyünə anlayışla yanaşmalıdırlar. Avtobus zolağının tələbinin pozulması inzibati məsuliyyət yaratmaqla yanaşı həm də avtobusla hərəkət edən sərnişinlərə qarşı etinasızlıqdır.

 

Son xəbərlər

Elşad Abdullayev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Ədalət Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Premyer Liqa: V tura bu gün iki oyunla start veriləcək

Qubada insan sümükləri tapılıb

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb

Badara kəndində bu il 115, gələn il isə 128 ev bərpa ediləcək

Məhi Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

"Bakı Kart"a yeni direktor təyin edilib

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

Prezident “Qarabağ”ı təbrik etdi

QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək

Müdafiə Nazirliyi məlumat yaydı

Sabahın hava proqnozu açıqlanıb

Xocalının daha bir kəndinə İLK KÖÇ oldu

Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Goranboydakı cinayətin TƏFƏRRÜATI

Qızılağac Milli Parkının ərazisində yanğın olub

Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib

Bütün xəbərlər