{category-title}

Ermənilər belə düşünür - “Azərbaycan nə deyirdisə, etdi” + Video

 



“BBC News Azərbaycanca” II Qarabağ müharibəsinin ildönümü ilə bağlı İrəvanda əhali arasında sorğu keçirib. “Qafqazinfo” xəbər verir ki, videosüjetdə ermənilər məğlubiyyəti çox ağır yaşadıqlarını, bunun onlar üçün dəhşət olduğunu vurğulayırlar.  Onlar ötən bir ili yaşamadıqlarını, məğlubiyyətlərini millət üçün rüsvayçılıq kimi qiymətləndirirlər.

Sakinlərdən biri vətənlərinin get-gedə kiçildiyini, şəhərlərinin boş qaldığını, nə etsələr də əvvəlki şadlıqlarının qalmadığını qeyd edirlər. 

“Millət qapanıb, amma düşünmür ki, bu millət üçün faciədir. Azərbaycan necə deyirdisə, onu da etdi. Ancaq bizimkilər rusları düşünürdü. Rus həmişəki kimi öz müttəfiqinin hayına yetmədi”-deyə sakinlərdən biri bildirib.  

Milli Məclisin deputatı Naqif Həmzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müharibənin başlamasından bir il ötsə də, bu müddət ərzində Azərbaycan bütün regionda reallıqların dəyişdirilməsinə nail oldu:

“Qələbədən sonrakı müddətdə Azərbaycan işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda quruculuq abadlıq işlərini uğurla həyata keçirir. Müharibədə şəhid olmuş vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması, onların mənzil problemlərinin aradan qaldırılması, şəhidlərin ailə üzvlərinin və övladlarının bütün problemlərinin həll edilir, Cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti ilə sosial tədbirlər, paketlər həyata keçirilir.

Həmçinin müharibədə yaralanmış qazilərimizin müalicəsi ən yüksək səviyyədə həyata keçirildi. Azərbaycan qalib dövlət kimi bu işlərin öhdəsindən uğurla gəldi. Biz dünənki anım mərasimində də bütün xalqın nümayəndələrinin birlik nümayiş etdirdiyini bir daha gördük. 

Ancaq Ermənistana nəzər salsaq görərik ki, orada bütün sərhəd boyu yaşayış kəndlərində və həmçinin şəhərlərdə əhali əraziləri sürətlə tərk edir. Onlar paytaxt İrəvana, bir az imkanı olanlar isə xaricə qaçırlar.  Həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın qalib gəlməsi ermənilərdə çox böyük bir qorxu hissini formalaşdırıb. Onlar bir daha müharibə olmasını istəmirlər. Bu səbəbdən də növbədənkənar parlament seçkilərində məğlub baş nazir Nikol Paşinyana bir daha səs verdilər. 

Ermənilər anlayırlar ki, Nikol Paşinyan bir daha səhvini təkrarlayıb müharibə etməyəcək. 

Həmçinin Ermənistan xalqının keçirdiyi anım tədbirlərində biz də gördük ki, onlar məğlubiyyətlərini etiraf edirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər çalmasını özləri üçün faciə kimi qəbul edirlər.  Artıq anlayırlar ki, revanşist fikirlərlə yaşamaq, Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürmək onların tamamilə məhvinə gətirib çıxara bilər.  

Biz xoşbəxt ölkənin vətəndaşlarıyıq ki, haqq-ədalət öz yerini tapdı. Nəhayət ki, biz şəhidlərimizin, məcburi qaçqın və köçkünlərimizin qisasını aldıq. Bu gün qürurla yaşaya bilirik. 

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər