{category-title}

Deputat COVID-19 pasportunun tətbiqini tənqid edib

 


Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanda bir çox yerlərdə COVID pasportunun tələb edilməsinə tənqidi yanaşıb.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili bununla bağlı bir sıra suallar qaldırıb. O, COVID pasportunun tətbiqinə şübhə ilə yanaşdığını ifadə edib:

“Azərbaycanda pandemiya ilə mübarizə sahəsində çox işlər görülüb. Son bir il yarım ərzində dövlət xəstəxanalara, avadanlıqlara, dərmanlara böyük vəsait ayırıb. Peyvəndləməyə də erkən başlanılıb. Bunlar təqdirəlayiqdir!

Amma indiki mərhələdə bir sual yaranır- COVID pasportunun tətbiqinə ehtiyac varmı? Azərbaycanda hal-hazırki məhdudiyyətlər epidemioloji, iqtisadi və hüquqi baxımdan məqsədəuyğundurmu?! COVID virusunu öncə keçirmiş, antikoru olan insanlardan peyvəndi təsdiq edən sənəd (COVID pasportu) tələb edilməlidirmi? Axı bu insanlarda yenidən yoluxma ehtimalı demək olar ki, sıfıra yaxındır (bunu beynəlxalq araşdırmalar göstərir). Peyvəndi artıq virusu keçirmiş birinə sərf etmək heç bir praktik nəticə verməyən, enerji, pul və vaxt itkisidir, səhiyyə sisteminə yükdür.

Üstəlik, Azərbaycanda peyvənd olunanların və virusa yoluxanların (antikor olanların) sayı çoxdur. COVID pasportunun yoxlanması ticarət mərkəzlərində və restoranlarda insanları infeksiyadan qorumağın yoludurmu?! "Vaksin olunanlar xəstəliyi daha asan keçirir" arqumenti var, amma COVID pasportu olanlar belə digərlərini yoluxdura bilər, ona görə bu məhdudiyyətin "kollektiv fayda" məntiqi mövcud deyil, çünki peyvəndlənmiş insan özü xəstəliyi asan keçirsə belə digərlərini yoluxdurur".

N. Arpadarai əlavə edib ki, peyvənd olunmuş insanlar da xəstələnirlər: "Bu, o deməkdir ki, restorana gələn hər kəsin əlində COVID pasportunun olması sizin yoluxmamağınız demək deyil. Amma iqtisadiyyat və biznes sahələri bundan əziyyət çəkir. Zənnimcə, indi daha önəmli sual budur - COVID -19 virusuna yoluxmaların davam etdiyi bir zaman səhiyyə sistemimiz təzyiq altında işləməyə öyrəşdimi?

Bu suallar ölkədə neçə adamın COVID pasportu sahibi olması sualından daha əhəmiyyətlidir. COVID pasportunun tətbiqinin məqsədəuyğunluğu isə məndə hələ də sual doğurur”.

Deputat həmçinin qeyd edib ki, Böyük Britaniya izdihamlı yerlərin girişində COVID pasport yoxlamaları tətbiq etmək planlarından imtina edib, Danimarkada isə bütün karantin məhdudiyyətləri ləğv olunub.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər