{category-title}

Diplomu əlində iş axtaranlar

 

Müəllimlərin İşə Qəbulu imtahanlarında iştirak edənlərin sayı vakant elan olunan yerlərin sayını dəfələrlə üstələyir. Hətta ekspertlər ölkədə mövcud tələbatdan üç dəfə artıq müəllim olduğunu bildirirlər.

Hər il dövlət ali təhsil müəssisələrini yüzlərlə pedaqoji kadr bitirir. Amma dövlət ümumtəhsil məktəblərində vakant yerlərin azlığı onları işsizlik problemi ilə üzləşdirir. Diplomları əllərində qalan müəllimlər vakansiya elanlarını həsrətlə gözləyirlər.

Mövzuyla əlaqəli “Kaspi” qəzetinin araşdırmasını təqdim edirik:

Tələbatdan üç dəfə artıq

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak edənlərin sayı vakant elan olunan yerlərin sayını dəfələrlə üstələyir. Hətta ekspertlər ölkədə mövcud tələbatdan üç dəfə artıq müəllim olduğunu bildirirlər. Məsələn, 2020/2021-ci tədris ili üçün məktəblərdə müəllim peşəsi üzrə 8 000-ə yaxın vakansiya olsa da, MİQ imtahanlarında iştirak üçün 60 minə yaxın müəllim qeydiyyatdan keçib. Onlardan 46 930 nəfər  imtahanlarda iştirak edib. Ümumilikdə bu il ötən illə müqayisədə MİQ imtahanında iştirak edərək müəllim işləmək arzusunda olanların sayı 46 min nəfərdən çox artıb.

Nazir problemdən danışır

Azərbaycanda müəllim olmaq istəyənlərin sayının kəskin artdığını bildirən təhsil naziri Emin Əmrullayev müəllim sayından asılı olaraq yerlərin vakansiyaya çıxarıldığını qeyd edib: “Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7 718 olub. Orta hesabla hər il 3 000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər” - deyə nazir bildirib. E.Əmrullayev əlavə edib ki, hazırda müəllim işləyənlərdən 1 533 nəfəri 60-64 yaş aralığındadır: “116 nəfər isə 65 yaşdan yuxarıdır”.

Mövcud durumda “Müəllim peşəsi üzrə kadr hazırlığı ilə işlə təmin olunma balansını necə tənzimləməli” sualı yaranıb. Dünənə qədər “müəllimliyə həvəs azalıb” deyə şikayətləndiyimiz halda, bu gün “müəllim bolluğu”ndan yaranan problemləri həll etmək üçün hansı addımlar atılmalıdır?

150 min müəllim

Hazırda Azərbaycanda 4 447 orta ümumtəhsil müəssisəsinin olduğunu bildirən təhsil eksperti Kamran Əsədov "Kaspi”yə açıqlamasında həmin məktəblərdə 150 min müəllimin çalışdığını deyir: “Ölkəmizdə 1,6 milyon şagird var və rəqəm olaraq hər 10 şagirdə bir müəllim düşür. Bakı şəhərində bu rəqəm daha aşağıdır. Bakıda 320 orta ümumtəhsil məktəbində 440 min şagird oxuyur və 28 min müəllim işləyir. Bu o deməkdir ki, Bakıda doqquz şagirdə bir müəllim düşür. Bölgələrdə bəzən 10-15 şagirdə bir müəllim düşür”.

Hər il 12 min yeni kadr

Ekspertin sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrini hər il 12 minə yaxın pedaqoji kadr bitirir. Onların işlə təmin olunması ilə bağlı ciddi problemlər qalmaqdadır: “Problemlər vakant yerlərin azlığı ilə bağlıdır. Rəqəmlərə baxsaq, deyə bilərik ki, vakant yerlər hər il yaşı 65-dən yuxarı olan müəllimlərin əmək müqaviləsinə xitam verildikdən sonra çıxarılır. Həmçinin bu və ya digər səbəblərdən işdən uzaqlaşan müəllimlərin yerləri də vakant yer kimi təqdim olunur. Hətta bir çox hallarda müəllim işdən azad olunsa və ya yaşa görə təqaüdə çıxsa belə, o yer vakant olmur. Bu o deməkdir ki, həmin məktəbdə yetərli qədər müəllim var. Ancaq bu o demək deyil ki, Azərbaycan ali təhsil müəssisələri pedaqoji kadr hazırlamamalıdır. Çünki dövlət təkcə orta məktəblər üçün pedaqoji kadr hazırlamır. Özəl təhsil müəssisələri və ya digər dövlət müəssisələri var ki, onlarda da vəzifələrin tutulması üçün ali təhsilli şəxslərə ehtiyac var”.

Ali təhsilli vətəndaşların sayı azdır

Ekspert hazırda ölkədə ali təhsilli vətəndaşların sayının az olduğunu bildirir: “Ölkə əhalisinin 17 faizi ali təhsillidir. Min nəfərdən 170 nəfəri, hər 100 nəfərdən 1 nəfəri ali təhsillidir. Bu, aşağı rəqəmdir. Dayanıqlı iqtisadiyyatın formalaşması üçün ən azı cəmiyyətin 30 faizi ali təhsilli olmalıdır”. Ekspert təklif edir ki, ümumtəhsil müəssisələrində vakant yerlərin yaradılması üçün müəllimlərin vahid əmək haqqı olsun: “Müəllimlər də standart əmək haqqı almalıdırlar. Yəni 12 saatlıq “stavka” müəyyənləşməlidir. Bu zaman müəllim 500 manat əmək haqqı almalıdır. Bu, digər dərs saatlarının vakant olmasına gətirib çıxaracaq. Çox dərs saatı olan müəllimlər bir çox hallarda keyfiyyətli tədrisi təşkil edə bilmirlər. Buna görə hesab edirəm ki, müəllimlərin vahid vəzifə maaşı müəyyənləşməlidir”.

Mütəmadi sertifikasiya olmalıdır

Ekspert hesab edir ki, təhsil sistemində mütəmadi olaraq sertifikasiya həyata keçirilməlidir. Tədris göstəriciləri zəif, bilik və bacarıqları standartdan aşağı olan şəxslərlə bağlanmış müqavilələrə xitam verilməlidir: “Daha yüksək göstəricilərə, imtahan nəticələrinə malik olan şəxslər tədris prosesində müəllim olaraq iştirak etməlidirlər”. Ekspert hesab edir ki, müəllimlərin təqaüdə çıxma yaşında da dəyişiklik edilməlidir.

Müəllim əməyi stimullaşdırılmalıdır

Ekspert hesab edir ki, müəllim əməyi stimullaşdırılmalıdır. Belə ki, müəllimlərin sosial vəziyyəti daha da yaxşı olmalıdır ki, onlar həm normal əməkhaqqı alsınlar, həm də vaxtı gələndə təqaüdə tez çıxsınlar: “Yəni 65 yaşa qədər gözləməyə ehtiyac yoxdur. Onlar o yaşda təqaüdə çıxanda da yetərli qədər əməkhaqqı almırlar. Biz onları standart əməkhaqqı ilə çıxarsaq, müəllimlər vaxtından əvvəl təqaüdə çıxacaqlar və onların yerləri gənclərə veriləcək”.

Hələlik isə kadr hazırlığı ilə müəllimlərin işlə təminatında pozulmuş tələb-təklif prinsipini tənzimləmək mümkün deyil. Ali məktəblər müəllim peşəsi üzrə kadr hazırlığını davam etdirməkdə, müəllimlər diplomu əllərində iş axtarmaqdadır.

Son xəbərlər

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Nazir direktoru işdən çıxardı

Armen Qriqoryan: Türkiyə ilə razılaşmaların icrası ilə bağlı müzakirələri davam etdiririk

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

Böyük Qayıdışın möhtəşəm mənzərəsi - VİDEO

Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür

Prezident İlham Əliyev Almaniyada səfərdədir

Türkiyədə sel təhlükəsinə görə bəzi məktəblərdə tətil elan edilib

Məhkəmə: Aktuallığını itirmiş xəbərin silinməsi tələb oluna bilər

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Rusiya ordusunun Ukraynaya zərbəsi nəticəsində 3 qardaş ölüb, ana və nənə yaralanıb

Kərim Tahirov: Azərbaycanın yeni inkişaf istiqamətləri

Pensiya düzəltmək adı ilə vətəndaşları aldatmaqda ittiham olunan qadına cəza istənilib

Bakıda 4-cü sinif şagirdi qəfil öldü - Foto

Japarov: Növbədənkənar seçkilərin keçirilməsini təklif edən qrupun fəaliyyəti araşdırılır

XXV Qış Olimpiya Oyunlarında bu gün daha bir neçə yarış keçiriləcək

İsrail ordusu Livanın cənubunda “Hizbullah” döyüşçüsünü zərərsizləşdirib

WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır

Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Overçuk: Rusiya Ermənistanda Azərbaycan və Türkiyəyə çıxışı olan dəmir yolu sahələrini bərpa edəcək

Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib

Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM

Bütün xəbərlər