{category-title}

 

BNA-nın vicdan ölçüsü və qazilərə hörmətsizlik

 

Bir müddətdir sosial şəbəkələrdə qazilərin dövlət nömrə nişanları olmadan onlara verilmiş avtomobilləri idarə etmələri ilə bağlı müzakirələr aparılır. Hətta bəzi vətəndaşlar qazilərin avtomobilləri nömrə nişanı olmadan idarə etməsi ilə bağlı narazılıqlarını da ifadə edirlər.

Məsələ ilə bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin sözçüsü Rey Kərimoğlu Axar.az-a açıqlamasında deyib ki, buna səbəb avtomobillərini dayanacaqlarda saxlayan qazilərə qanunsuz cərimələrin yazılmasıdır:

“Dayanacaqlarda dayanan Bakı Nəqliyyat Agentliyinin ərazi üzrə əməkdaşları tərəfindən qazilərin avtomobillərinin fotoları çəkilib sistemə vurulur. Cərimə olmaması üçün əlillər də avtomobilin nömrəsini çıxarırlar. Qanunla dayanma-durma qadağası olan ərazidə I və II qrup əlillərinin avtomobil saxlamalarına icazə var. Avtomobildə əlilliklə bağlı işarə olduğu halda yenə də cərimə yazılır. Cərimələr də ödənmədiyinə görə qazilərin sürücülük vəsiqəsi ləğv edilir. Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi tərəfindən hər zaman qazilərə xüsusi diqqət göstərilib. Lakin avtomatlaşdırılmış sistem olduğuna görə, kameralar qazilərin maşınlarını görüntüləyir. Məhkəməyə də, DİN-ə də cərimələrin silinməsi üçün rəsmi olaraq müraciət etmişik. Qazilərin əsəbi, hissiyatı ilə oynamasınlar”, - R.Kərimoğlu bildirib.

“Qarabağ qaziləri” İB-nin sədri Asəf Əliyev isə qeyd edib ki, ona məxsus “Akra” markalı avtomobil texniki baxışdan 20 ildir keçməyib, avtomobilin istismar müddəti bitib, amma bunun üçün hələ də ona cərimə yazılır:

“Həmin maşınlar əlil arabası sayılır. Qazilərə veriləndə bildirildi ki, bu maşınlar texniki baxışdan keçirilmir. Avtomobillər bizə veriləndə sığortalanmadı. Lakin avtomobilimə 20 ildən qalan cərimələri də yazıblar. İstismar müddəti bitən avtomobil texniki baxışdan keçə bilməz. Pensiya alan adam bu pulu necə ödəməlidir?”

Məsələ ilə bağlı saytımıza açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilmədən idarə olunmasına görə cərimələr xüsusi texniki vasitələrlə qeydə alınır:

“Qanunvericiliyin tələbinə görə, avtomobil əgər texniki baxışdan vaxtında keçirilmirsə, 20 gündən bir cərimə tətbiq oluna bilər. Cərimə ilə bağlı bildiriş gəlməməyi əvvəllər vətəndaşın qeydiyyatdan keçmədiyinə və asan kabinet yaratmadığına görədir. Mobil telefon nömrəsi qeyd olunmayıbsa, sistemdə yoxdursa, bildiriş gəlmir. Yalnız yaşadığı ünvana xəbərnamə göndərilə bilər. Əgər həmin ünvanda yaşayırsa, mütləq qaydada xəbərnamə poçt vasitəsilə çatdırılır”.

O qeyd edib ki, istismar müddəti bitdiyi halda avtomobilinə cərimə yazılan qazimizin məsələsi isə araşdırılacaq.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə qanunvericiliyin tələbindən danışıb və qurum əməkdaşlarının qanunsuzluğa yol vermədiyini deyib:

“Azərbaycan Respublikası Yol Hərəkəti haqqında qanunun 64-cü maddəsinin 5-ci hissəsinin 4-cü bəndinə əsasən, əlilliyi olan şəxsin tanınma nişanına malik nəqliyyat vasitələrinə yalnız 3.28 yol nişanının qüvvəsi şamil edilmir. 3.28 yol nişanı durmanı qadağan edən nişandır. Əlilliyi olan şəxs tanınma nişanı olan avtomobilini “durma qadağandır” yol nişanının təsir zonasında saxlaya bilər. 3.27 yol nişanı olan ərazidə isə əlilliyi olan şəxslərin tanınma nişanı olan avtomobilləri park edilə bilməz. 3.27 yol nişanı dayanma-durmanı qadağan edən nişandır. İnzibati tənbehvermə haqqında qərar düzgün tərtib edilib. Əməkdaşlarımız tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməyib”.

Əlbəttə, BNA-nın əməkdaşları dayanma-durmanın qadağan olunduğu ərazidə avtomobillərini saxlayan qazilərə qarşı qanunsuzluq etmir. Amma məlumdur ki, yol nişanının nömrəsindən, onun hansı qanunla necə tənzimlənməsindən asılı olmayaraq, əlilliyi olan şəxs qanunun icazə verdiyi yerdə avtomobilindən düşüb yolu piyada keçə bilməz. Çünki buna onun sağlamlığı imkan vermir. Onun üçün də əlil avtomobilini ona daha uyğun olan yerdə saxlayır. Buna görə də əlillərə münasibət qanun deyil, vicdan çərçivəsində olmalıdır. Onlar da bunu istəyirlər. Yoxsa qanunun harada və necə işlədiyini də BNA əməkdaşlarından gözəl bilirlər.

 

Son xəbərlər

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb

Bütün xəbərlər