{category-title}

Elmar Qasımov EURAS-ın İdarə Heyətinə üzv seçildi

 



Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin İstanbul Aydın Universitetində keçirilən Avrasiya Universitetlər Birliyinin (EURAS) Ümumi yığıncağında iştirak edib. Məqsədi EURAS-a üzv universitetlərlə birgə fəaliyyət, universitetlərin idarəçiliyinə dair aktual məsələlərin həlli və gələcək inkişaf planının müəyyənləşdirilməsi olan iclasda EURAS-ın yeni İdarə Heyəti də seçilərək formalaşdırılıb.

 BANM-in rektoru Elmar Qasımov İdarə Heyətinin üzvü seçilib. İdarə Heyətinin üzvləri büdcənin hazırlanması, birliyin idarə edilməsi, yerli və beynəlxalq təmsilçilərin müəyyən olunması, həmçinin  bir neçə vacib vəzifələri icra etmək səlahiyyəti daşıyır. Azərbaycanla yanaşı, Türkiyə, İsveçrə, İtaliya, İngiltərə, Pakistan, Latviya, Polşa və bir sıra digər ölkələrin universitet nümayəndələri də İdarə Heyətinə üzv seçilib.

Elmar Qasımov iclas zamanı BANM-in 2019-cu ildən EURAS-a üzv olduğunu xatırladaraq bildirib ki, bu müddətdə EURAS ilə birlikdə bir neçə layihə həyata keçirilib, gələcək imkanlar və inkişafla bağlı vebinarlar təşkil edilib. Rektor İdarə Heyətinin üzvü olaraq gələcək əməkdaşlıq və perspektivlər üçün böyük töhfələr verəcəyini vurğulayıb.

2008-ci ildə təsis olunan EURAS Avrasiya regionunda universitetləri və digər ali təhsil müəssisələrini əhatə edən birlikdir. Birlik Qərbi və Mərkəzi Avropa, Balkan ölkələri, Qafqaz, Orta Şərq və Asiyadan olan 110-dan çox universitet arasında əməkdaşlığı təşviq edir və   Avrasiya regionunda təhsil standartlarının qlobal inkişafı istiqamətində fəaliyyət göstərir.

Son xəbərlər

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Bütün xəbərlər