{category-title}

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətində yeni təyinatlar olub - YENİLƏNİB

 

Oxu.az Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinə təyin olunan üzvlərin fəaliyyəti ilə bağlı məlumatları təqdim edir.

İdarə Heyətinin üzvü və AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin edilən Ruslan Əlixanov Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakultəsinin məzunudur. ABŞ-ın Missuri-Sent-Luis Universitetini bitirib. 2018-ci ildən “Boston Consulting Group” şirkətinin MDB ölkələrində xüsusi vəziyyətlər üzrə ekspert qrupunun (BCG TURN) rəhbəri vəzifəsində işləyir, “McKinsey and Company” şirkətinin partnyoru, Dünya Bankında layihə meneceri və bir necə beynəlxalq şirkətlərin rəhbər vəzifələrində çalışıb.

İdarə Heyətinin üzvü Rövşən Nəcəf Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. ABŞ-ın Kolumbiya Universitetinin İqtisadi Siyasətin İdarəedilməsi, Beynəlxalq Enerji Menecmenti və Siyasəti üzrə magistr proqramını bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 2003-2010-cu illərdə İqtisadiyyat Nazirliyi və SOCAR-ın Sərmayələr İdarəsində, 2012-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb. Hazırda iqtisadiyyat nazirinin müavinidir.

Azər Mursaqulov Türkiyənin Boğaziçi Universitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb. 2010-2012-ci illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinə direktorudur. 

14.23

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda Ruslan Əlixanov AİH-in Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

Son xəbərlər

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Bütün xəbərlər