{category-title}

Həbsdəki sabiqlər milyonlarla ziyanı ödədi: bəs dövlətin imici? - HƏQİQƏTƏN DƏ...

 



Azərbaycanda son illər nazirlər, nazir müavinləri, icra başçıları və digər yüksək vəzifəli şəxslər milyonlarla manatın mənimsənilməsində suçlanaraq həbs olunublar. Sonradan məhkəmənin gedişatında onlardan bəziləri dövlətə vurulmuş ziyana görə ödənişlər ediblər. Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə və işlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə də belə olub. İş üzrə məhkəmənin son iclasında XİN-in nümayəndəsinə söz verilib. Nümayəndə qeyd edib ki, XİN-in tələbi dəymiş ziyanın böyük hissəsi ödənib: “Dəymiş ziyanın ümumi məbləği 2 milyon 543 min 173 manatdır. Bu məbləğin 2 milyon 300 min manatı Fərhad Mollazadə tərəfindən ödənilib. Hazırda 243 min 173 manat ödənilməmiş olaraq qalır”.

Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov tərəfindən də dövlətə vurulan zərər tam olaraq ödənilib. Zərər 5 milyon manatdan çoxdur. Zakir Sultanov zərərin 4 milyon manatını nağd şəkildə ödəyib. Üzərinə həbs qoyulan digər əmlaklarının zərərin əvəzi kimi hesablanmasına da razılıq verib. Dövlət hər iki halda, zərərini geri götürüb, amma geri qaytarılmayan, zərər dəyən həm də bu nazirliklərin, nəhayətdə elə dövlətin özünün də imici var. Bunu kim ödəyəcək?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, dəymiş zərər məhkəmə prosesi gedərkən ödənilsə, bu, iş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirir: “Cəzanın nə qədər yüngülləşməsi işin mahiyyətinə görə hakimin qərarı ilə olur. Ödəmə mexanizmi isə belədir: Hesablanmış zərərin miqdarı müvəqqəti olaraq Baş Prokurorluğun hesabına köçürülür və bunun təsdiq qəbzi məhkəmə işinə əlavə olunur. Məhkəmə həmin ittiham olunan şəxsi təqsirkar bilərsə, prokurorluğun hesabında müvəqqəti saxlanan həmin vəsait dövlət hesabına köçürülür. Yox, əgər şəxs bəraət alarsa, vəsait onun özünə geri qaytarılır. Çox təəssüf ki, bu gün Azərbaycanda məmurların böyük əksəriyyəti dövlətin imici haqda demək olar ki, heç düşünmürlər də. Çünki ölkədə bir məmur arxayınlığı, məmurun rüşvət və korrupsiyadan doğan rifahı var. Bilirlər ki, 10 milyon mənimsəyib 5 milyonunu ödəməklə azadlığa çıxıb rahat həyatlarını sürəcəklər. Prokurorluq orqanı həbs etdisə, əllərində qalan, Azərbaycandakı əmlakları tez-tələsik təhvil verirlər. Məhkəmə hökmü ilə cəzalarını alıb rahat şəkildə ölkədən gedirlər. Bu halda hansı məmur dövlətin imicini düşünər?”

Hüquqşünas deyir ki, Azərbaycanda məmurların əmək haqları ilə yaşayış tərzləri arasında böyük bir fərq var: “Baxırsan ki, maksimum 1000 manat maaş alan məmurun oğlu yarım milyonluq maşında gəzir. Qızı 3 aydan bir ən son model maşın dəyişməyi özünə borc bilir. Mülklər, imarətlər, bahalı geyimlər, əyləncələr də öz yerində. Xalqın dərd-səri, xalqın qulluqçusu olmaq haqda heç düşünmürlər də. Əksəriyyətindən Azərbaycan bayrağının rənglərinin mənasını, himnin bir bəndini soruşsan çiyinlərini çəkər. Yəni dövlətin imicini düşünmək bizim məmurlara yad bir anlayışdır. Belə olmasaydı, ölkədə bunca korrupsioner məmur olmazdı”.

Hüquqşünas deyir ki, əslində bu gün baş verənlərdə elə məhkəmə-hüquq sisteminin payı olduqca böyükdür: “Prezident 2 il əvvəl məhkəmə-hüquq islahatları ilə bağlı fərman verib. Bu gün Azərbaycan məhkəməsində bu fərmanın icrası ilə bağlı olduqca az iş görülüb. Halbuki həmin fərmanda əksini tapanlar praktikada tətbiq edilsəydi, məmurlar biləcəkdilər ki, törətdikləri cinayətə görə cəzasız qalamayacaqlar. Uzun illər cəzasızlıq mühitində məmurlar büdcə pullarını imkanları daxilində çox ələ keçirib xaricə daşıyıblar. Azərbaycanda məhkəmə-hüquq islahatlarının gerçəkləşməsi ”ASAN xidmət”ə, o xidmət tipində bir quruma tapşırılmasa, Azərbaycanın nicatı yoxdur".
“Yeni Müsavat”

Son xəbərlər

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün xəbərlər