{category-title}

 

Dövlət Komitəsində Türkiyədən gələn qonaqlarla görüş keçirildi

 


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizə gələn Türkiyə Milliyyətçi Həkimlər Birliyinin nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində yüz minlərlə həmvətənimizin yurd həsrətinə son qoyulduğu, böyük qayıdışa hazırlıq görüldüyü bildirilib, 44 günlük Vətən müharibəsində ölkəmizə və xalqımıza göstərdiyi mənəvi-siyasi dəstəyə görə qardaş Türkiyəyə minnətdarlıq ifadə edilib. Qeyd olunub ki, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Onların problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi həssaslıqla yanaşır. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin mütləq əksəriyyəti tezliklə doğma yurdalarına qayıtmaq arzusundadır. Beynəlxalq normalara uyğun olaraq, qayıdışın könüllülük prinsipi əsasında, təhlükəsiz şəraitdə və ləyaqətlə həyata keçirilməsi üçün Azərbaycan dövləti bütün zəruri tədbirləri görür.

Türkiyə Milliyətçi Həkimlər Birliyinin sədri Semih Uşaklioğlu səmimi söhbətə görə təşəkkür edib. Bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi şəhid ailələrini ziyarət, qaziləri müayinə etməkdən ibarətdir. Səfər iyulun 24-dək davam edəcək.

Xatırladaq ki, Türkiyə Milliyətçi Həkimlər Birliyi artıq 3 ildir ki, Ağdam, Tərtər, Bərdə rayonları və Bakı şəhərində qurbanlar kəsib şəhid ailələrinə, məcburi köçkünlərə, müharibə əlillərinə, veteranlara və aztəminatlı ailələrə paylayırlar. Birlik üzvləri ilə Vətən müharibəsi zamanı və pandemiya dönəmində TƏBİB vasitəsi ilə tibbi ləvazimatlar göndərib, eləcə də birliyin üzvü olan həkimlərdən bir neçəsi yaralıları müayinə və müalicə etmək məqsədi ilə qardaş Azərbaycana səfər edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə ölkəmizdə fəaliyyət göstərən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də iştirak edib.

Son xəbərlər

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir

Prezident Naxçıvanda 40 subartezian quyusunun qazılması üçün Sərəncam imzalayıb

Ombudsman 2025-ci il üzrə məruzəsini Prezidentə təqdim edib

Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq

Hindistanda qəzaya uğrayan təyyarənin bütün heyəti ölüb

MM icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin daha 1 il uzadılmasını qəbul edib

Zelenski: Bu gün düz dörd ildir ki, Putin Kiyevi üç günə alır

Amnistiya aktı ilə 1537 nəfərin cəzası 6 ay azaldılıb

Böhtanla deyil, əməli ilə tanınan icra başçısı

BMT nümayəndəliyi "Su çərşənbəsi" münasibətilə Azərbaycanı təbrik edib

Səbuhi Mirzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq

Bu gün Novruzun ilk - Su çərşənbəsidir

BİZİM TƏQVİM: 24 fevralda baş vermiş tarixi hadisələr

Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb

ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub

Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edilib

MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib

Meksikadakı iğtişaşlarda ölənlərin sayı artdı

“Neftçi” yox desəydi... - Qurban Qurbanov

“AzərEnerji”də rəqəmsal idarəetmə müzakirə edildi

Zərdabda 5 günlük körpə öldü - Foto

Elməddin Bağıyev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Sabah Bakıda hava çiskinli olacaq

Bütün xəbərlər