{category-title}

 

Azərbaycan qaçqın ordusu ilə üz-üzə qala bilər - TƏHLİL

 


“Taliban” terror təşkilatı Əfqanıstan sərhədi boyunca bir neçə bölgəyə nəzarəti ələ aldıqdan sonra 1000-dən çox əfqan Tacikistanda sığınacaq tapıb.

Bu barədə Dağ-Bədəxşan Muxtar Vilayətinin rəhbərliyi məlumat yayıb. Yerli hakimiyyətin açıqlamasına görə, qaçqınlara sığınacaq və yemək verilib. Yardım üçün beynəlxalq təşkilatlarla danışıqlar aparıldığı bildirilir. Bununla bağlı yayılmış videomaterialda qaçqınların avtomobil karvanları ilə Tacikistan sərhədiniu keçdiyi görünür.

Qaçqınların əksəriyyəti “Xoruq” adlanan düşərgələrdə saxlanılır. “Azadlıq” radiosunun tacik xidmətinin verdiyi məlumata görə, onların taleyi naməlumdur. Qaçqınların Əfqanıstana dönəcəkləri, yoxsa bir müddət Tacikistanda qalacaqları bilinmir. Əfqanıstan rəsmiləri bu günə qədər Tacikistandan Kabilə 2000-dən çox qaçqını geri qaytardıqlarını deyib. Ancaq mülki vətəndaşlar haqqında dəqiq açıqlama verilmir.

Bədəxşan valisi Yodigor Fayzov iyulun 6-da əfqan qaçqınlarının problemini müzakirə etmək üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının və Ağa Xan Vəqfinin nümayəndələri ilə görüşüb. Bədəxşanın MV-nin rəsmiləri 10 min qaçqını da qəbul etməyə hazırlaşdıqlarını bildiriblər. Əfqanıstandakı evlərini tərk edərək şimal sərhədini keçməsi yaxın perspektivdə iqtisadi cəhətdən zəif olan Mərkəzi Asiya ölkələrini böyük qaçqın axını ilə üzləşdirə bilər. Hadisələr belə inkişaf edərsə, Əfqanıstana coğrafi baxımdan daha yaxın olan Tacikistan, Özbəkistan, Türkmənistan və Qırğızıstan böyük humanitar böhranla qarşılaşacaq. Qazaxıstan və Rusiya da qaçqın təhlükəsini narahatlıqla izləyir.
Bu, həm də adları çəkilən ölkələrin milli təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər. Çünki minlərlə qaçqının arasında terrorçuların da qonşu ölkələrə keçmək ehtimalı yüksəkdir. Mərkəzi Asiyada “cihadçı”ların sayı çox olduğundan, Əfqanıstandan qaçqın axını radikal dini qrupların terrorçularla asan təması üçün əlverişli şərait yaradır.
Əfqanıstandan Mərkəzi Asiyaya qaçqın dalğasının başlanması Azərbaycan üçün də ciddi təhlükə yarada bilər. Onlar Şimali Qafqaz vasitəsilə həm Azərbaycana, həm də Azərbaycan üzərindən Türkiyəyə və Avropaya keçməyə cəhd göstərə bilər.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya bildirib ki, Əfqanıstan qaçqınlarının Azərbaycana gəlməsi ehtimalı realdır, ancaq onlar daha çox Mərkəzi Asiya ölkələrinə üz tutacaqlar:

“Buna baxmayaraq, Azərbaycan geniş təhlükəsizlik tədbirləri görməli və sözügedən problemin qarşısını almağa hazır olmalıdır. Əfqanıstanda 1979-cu ildə başlanan müharibədən sonra qaçqınların əksəriyyəti İrana, Pakistana, Türkiyəyə və Avropa ölkələrinə üz tutub, orada məskunlaşıb. Mərkəzi Asiya ölkələrinə çox az qaçqın gedib. Onların da əksəriyyəti Tacikistana, az bir qismi Özbəkistana və Türkmənistana keçmişdi. Azərbaycandakı Əfqanıstan qaçqınlarının bir hissəsi də keçmiş SSRİ-də sığnacaq alanlar idi. Perspektivdə əfqan qaçqınlarının Azərbaycana gəlməsi ehtimalı azdır. Onlar daha çox qohum ölkələrə üz tuta bilərlər. Söhbət taciklər, özbəklər, türkmənlər, qazaxlar, qırğızlardan gedir. Əfqanıstanda Azərbaycan türklərinə qohum olanlar zarilərdir. Onlar da şiə məzhəbindən olduqları üçün daha çox İrana getməyə üstünlük verirlər. O ki qaldı Tacikistana sığınanlara, onların birmənalı şəkildə mülki əhali olduğunu demək çətindir. Çünki son zamanlar Əfqanıstan ordusunun hərbçilərinin Tacikistana keçməsi barədə məlumatlar var. Bunu da daha çox “Taliban” qruplaşması yayır”.

Sədrəddin Soltan bildirib ki, əfqan qaçqınların Azərbaycan ərazisindən tranzit ölkə kimi başqa dövlətin ərazisinə keçməsi üçün onlara viza verilməlidir:

“Məsələn, əfqan qaçqınlar Tacikistandan Almaniyaya getmək istəyirlərsə, rəsmi Berlin viza verməlidir. Əgər bu viza yoxdursa, onlar Azərbaycan ərazisindən tranzit məkan kimi istifadə edə bilməz”.

Ekspert onu da qeyd edib ki, əfqan qaçqınların qaçaq yolla Azərbaycan ərazisindən keçməsi ehtimalı da azdır. Bu da məsafənin uzaq olması ilə bağlıdır.

Sədrəddiin Soltanın sözlərinə görə, NATO və Qərb dövlətləri ilə əməkdaşlıq edən şəxslər, dövlət rəsmilərinin Azərbaycana mühacirət etməsi də istisna olunmur. Onlar Azərbaycan üzərindən Qərb ölkələrinə də keçə bilərlər: “Bütün hallarda Azərbaycan Əfqanıstandakı hadisələrlə bağlı həm təhlükəsizlik və hərbi, həm də humanitar baxımdan hazır olmalıdır. Çünki perspektivdə Türkiyənin Əfqanıstanda aktivləşməsi gözlənilir və ya planlaşdırılır. Belə olan halda Azərbaycanın da Türkiyəyə dəstək verəcəyi istisna edilmir. Türkiyənin Əfqanıstanda fəallığı, həm bu ölkənin, həm də Əfqanıstandakı türkdilli xalqların sabitliyi üçündür”.

Son xəbərlər

Rusiya Volodimir Zelenskini axtarışa verib

Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ

Gimnastlarımız Avropa Kubokunda medal qazandı

Universitet müəllimi vəfat etdi

Müsavat Partiyasının qurultayı KEÇİRİLİR

Azərbaycan neftinin qiyməti 85 dollara düşüb

“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Bütün xəbərlər