{category-title}

 

2 İyul Polis Günüdür. Bayramınız mübarək, qanun keşikçiləri!

 

Cəmil Əmirov

Yasamal Rayon Polis İdarəsinin rəisi  

 

Respublikamızın dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan polisinin öz üzərinə düşən vəzifənin öhdəsindən şərəf və ləyaqətlə gəlməsi də danılmaz bir həqiqətdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin mühafizəsində və sosial-iqtisadi inkişafın davamlı təmin olunmasında Azərbaycan polisinin özünəməxsus yeri və böyük uğuru vardır.

2 İyul Polis Günüdür. Vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanları bu peşə bayramını da mübariz əzmkarlıq, çox böyük ruh yüksəkliyi və yüksək inam hissi ilə, həmçinin xidmətdə əldə etdikləri müsbət nəticələrlə qarşılayırlar. Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanları fəal rol oynayırlar.

Azərbaycan polisi icra hakimiyyətinə Daxili İşlər Nazirliyinin strukturuna daxil olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Daxili işlər orqanının hər bir əməkdaşı "Polis haqqında” Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Bir sözlə, polisin əsas vəzifələri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq, icazə-qeydiyyat işlərini aparmaq, əməliyyat-axtarış fəaliyyətini və sairi həyata keçirməkdən ibarətdir. "Polis haqqında” Qanunun 7-ci Maddəsində qeyd edilir ki, polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Buna görə də Azərbaycan ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək, zor işlətmək və ya onu təhqir etmək Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. "Polis haqqında” Qanunun 8-ci Maddəsində isə bildirilib ki, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir həmçinin Azərbaycan qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur.

Polis dövlətin nümayəndəsidir. İnsanların evlərində hər hansı bir əşya oğurlananda, nəyisə itəndə, çətinə düşəndə dərhal polisə müraciət edir. Polislər

günün istisində, yağışda, qarda, küləkdə, dumanda bir sözlə hava şəraitinin yaratdığı narahatlıqlara heç bir məhəl qoymadan küçələrdə ictimai asayişi qoruyaraq öz vəzifə borclarına sədaqətlə yerinə yetirirlər. Yolda qalanın, yardıma ehtiyacı olanın, xəstə insanların ilk köməyinə çatan polislərimiz oldu. Ona görə ki, onları əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, hətta ağır xəstələrə tibbi ləvazimatların, dərmanların çatdırılmasında ön sıralarda gördük. Koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işlərində də polislərimizin fəaliyyəti əvəzsiz oldu. Polislər öz canlarından da üstün xalqı tuturlar. Çünki vəziyyət hər nə olursa olsun onlar daim asayişin keşiyində dururlar. Hətta mən özüm canlı şahidi olmuşam ki, bir ana araba ilə övladını piyada keçidindən keçirmək istəyirdi, iki nəfər polis həmin anaya yaxınlaşaraq : “Xanım verin biz düşürərik uşağı” dedilər və etdilər də. Bu da Azərbaycan polisinin nə qədər mərhəmətli və humanist olduğunu göstərir.

Karantin dövründə həkimlərlə yanaşı, polislərin də işi çox çətin idi. Polis olduqca peşəkar və səbirli xidmət göstərir. Məhz ən çox riskə məruz qalan da polislər olur. Gecəsini gündüzünə qatıb, hamı kimi ailəsi ilə vaxt keçirmək əvəzinə, bir an belə olsun özlərini düşünmədən ictimai asayişi qoruyan da Azərbaycan gəncləri polisləri olub. Həmçinin polislər hər bir vətəndaşa münasibətdə etik davranış qaydalarına xüsusi riayət edirlər.

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, ölkədə ictimai asayişin, təhlükəsizliyin mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Ulu öndər Heydər Əliyev də Azərbaycan polisinin böyük vətəndaşlıq məsuliyyətini, cəsarətini hər zaman yüksək qiymətləndirmiş və polisin Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqan olduğunu qeyd edib. Dəhşətli Koronavirus pandemiyasının bəşəriyyəti bürüyüb, çox ağır sınağa çəkdiyi günlərdə, pandemiya dövründə fəaliyyəti ilə ən çox yadda qalan, nümunə göstərən, vətəndaşın yanında olan peşə sahiblərindən biri də Azərbaycan polisi oldu. Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, əzmkar hərbi qulluqçularımızla yanaşı, polis əməkdaşları da fəaliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində çox məğrur və ayıq-sayıq dayandılar. İnsanların sağlamlığının qorunması, Vətənimizin təhlükəsizliyi naminə hər kəsin bir olduğu, yenilməzlik nümayiş etdirdiyi zamanda Azərbaycan polisi çox böyük fədakarlıq nümayiş etdirdi. Baxmayaraq ki, onlar hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalırdılar, lakin onlar əsl şərəfli peşə sahibləri olduqları üçün çox ciddi rejimdə tapşırıqlarının öhdəsindən layiqincə gəldilər. Hər zaman olduğu kimi onlar bu ağır, çətin günlərdə həyatlarını təhlükəyə ataraq, daim vətəndaşların təhlükəsizliyinin keşiyində dayandılar.

Elə demokratik ölkələr var ki, polis vətəndaşlarla kobud davranır, lakin belə ölkələrdən fərqli olaraq, Azərbaycan polisi bəzən vətəndaşlarımızın haqsız rəftarı qarşısında belə nəzakət nümayiş etdirir, yüksək peşəkarlıqla humanist mövqe sərgiləyir. Elə məhz buna görə hər bir vətəndaş onu qoruyan, onun təhlükəsizliyini təmin edən polis əməkdaşını gördükdə, özünü rahat və güvəndə hiss edir.

Qeyd etmək lazımdır ki, həmişə ictimai asayişi, təhlükəsizliyimizi qoruyan Azərbaycan polisi pandemiya ilə mübarizə dövründə həm də sağlamlığımızın

keşiyində dayanır.

 

Bütün bunlara görə əziz və dəyərli asayiş keşikçiləri fəaliyyətiniz əvəzsizdir. Bayramınız mübarək, qanun keşikçiləri!

Son xəbərlər

Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər

Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırıldı

Paşinyan istefa verməyə hazırlaşmır

Bu vərdişləri tərgidin, yoxsa...

Bakıda hoteldə 4 nəfər zəhərləndi - 2-si öldü

“Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib

Meyxanaçı ilə aparıcının toyudur

Tərtər məktəbliləri arasında dava - 1 nəfər öldü

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Gənc nəsil üçün yeni imkanlar açılır - Emin Əmrullayev

Bayden və II Abdullah Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq

Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - Foto

ACF-nin idman direktoru: Hazırkı yeniyetmə cüdoçuların itib-batmasını istəmirik

Ağdərədə sümük fraqmentləri aşkarlanıb

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Laos Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq

Rusiya Volodimir Zelenskini axtarışa verib

Bütün xəbərlər