{category-title}

Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib

 

 

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Report”un əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Yevlax Rayon Polis Şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Cəmil Əmirov vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq Səbail Rayon Polis İdarəsinin rəisi, Səbail Rayon Polis İdarəsinin rəisi Şəmşir Kazımov vəzifəsindən azad olunaraq İsmayıllı Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunublar.

Gəncə Şəhər Baş Polis İdarəsinin işdən çıxarılan rəisi Faiq Şabanov və Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov sərəncama götürülüblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə “Report”a təyinatlarla bağlı məlumatı təsdiqləyib.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər