{category-title}

 

Qalib hökumət ağır sosial problemləri həll etməli, islahat məsələsində sözdən əmələ keçməlidir - BAŞQA YOLU VARSA, DEYİN...

 


İndi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü müzakirə edilir. Bu məsələ Azərbaycan rəhbərliyi tərəfindən bir neçə dəfə gündəmə gətirilsə də, Ermənistandan aydın mövqe hələ bildirilməyib. Hər iki ölkədən olan bəzi ekspertlər Nikol Paşinyanın növbədənkənar seçkilərdə qələbə qazanmasının belə bir perspektivə ümid yaratdığını düşünürlər. Amma sülh müqaviləsini razılaşdırmaq hazırkı şərtlər daxilində olduqca mürəkkəb prosesdir.

Əvvəla, sülhün şərtləri Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən birmənalı tanınmasını ehtiva etməlidir, bu, Bakının qırmızı xəttidir. İkincisi, Rusiyanın, onun faktiki tabeçiliyində olan Qarabağ ermənilərinin, erməni diasporasının hansı mövqeni tutacağı məlum deyil. Böyük ehtimalla Kreml belə bir uzlaşmada maraqlı olmayacaq və əlindəki təsir alətləri ilə buna imkan verməməyə çalışacaq. Beləliklə, üfüqdə ümidlər közərsə də, yaxın gələcəkdə bu məsələ ətrafında anlaşma əldə edilməsi real görünmür.

Bu dönəmdə Azərbaycan hakimiyyətinin daxili siyasətdə “əl gəzdirməli” olduğu xeyli problemlər var. Ölkədə idarəetmə və sosial sahələri, vətəndaş-dövlət münasibətlərini əhatə edən problemlər son dərəcə kəskinləşib. Hökumət islahat söhbətlərindən əməli addımlara keçib, bu problemlərin həlli ilə məşğul olmalı, obrazlı ifadə etsək, əvvəlcə daxildə vətəndaşla, toplumla “sülh müqaviləsi” imzalamalıdır. Əks təqdirdə, problemlər qar topası kimi böyüyüb, hakimiyyətin hərbi qələbə ilə qazandığı etimad kreditini əridəcək, nəticədə 2019-cu ilin payızındakına bənzər daxili gərginlik, sosial partlayş vəziyyəti bərpa olunacaq. Söhbət son dərəcə vacib olan bir neçə məsələnin həllindən gedir ki, onları elə dövlət qurumlarının özləri yaradıb.

İlk növbədə pensiya, müavinətlər və əlillik qrupları ilə bağlı süni böhran aradan qaldırılmalıdır. Məlumdur ki, ötən ildən başlayan “ləğvetmə əməliyyatı” nəticəsində on minlərlə vətəndaş pensiyadan, müavinətdən məhrum edilib. Sosial qurumlar bunun adını “saxta pensiyalara qarşı mübarizə və büdcəyə qənaət” qoyublar. Şübhəsiz ki, Azərbaycanda korrupsiyaya və rüşvətə əsaslanan bərbad idarəçilik nəticəsində belə neqativ hallar yetərincədir. Amma hökumətin yanaşması birtərəflidir və ancaq dövlətdən ödəniş alanların sayını azaltmağa, daha çox vəsaitə qənaət etməyə istiqamətlənib. Məsələ çox sadə yolla aparılır: əlillik müddəti bitmiş vətəndaşların pensiyası, müavinəti kəsilir, əlillik qrupları ləğv olunur. Onlara deyilir ki, sizin xəstəliyiniz yeni kriteriyalarla vəsait almağa imkan vermir. “Yeni kriteriya” isə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qərardır, orada əlilliyin yeni meyarları əks olunub. Halbuki bu sahədə qanunvericilik üzərində hazırda iş gedir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış dəyişikliklər təklifi Milli Məclisdə ikinci oxunuşdan keçib. Əlilliyin yeni meyarlarını, pensiya, müavinət hüququnu və s. məsələləri əhatə edən bu layihə qəbul olunsa belə, gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklərə cəmiyyətdən etiraz var, amma nazirlik artıq hökumətin qərarı ilə yeni meyarları tətbiq edərək on minlərlə insanı pensiyadan, müavinətdən məhrum edir.

İkincisi, müharibə əlillərinə qarşı da eyni kampaniya aparılır və burada daha aşkar qanunsuzluqlar müşahidə olunur. Məsələn, Birinci Qarabağ müharibəsində yaralanaraq əlil olmuş, dövlətdən 26-27 ildir müavinət alan vətəndaşın pulu kəsilir. Onu yenidən komissiyadan keçirirlər və açıq-aydın deyirlər ki, dövlət daha sizi Qarabağ əlili kimi tanımır, yeni meyarlarla sizin xəsarətiniz əlillik dərəcəsi almağa imkan vermir. Beləcə, yüzlərlə Qarabağ əlili daha müharibə əlili “olmur” və müavinətdən məhrum edilir. Əgər müharibədə hərbi travma almış əlillərin şiddətli daxili xəstəlikləri varsa, ona ancaq mülki əlil statusu verilə bilər, o da yüz nəfərdən birinə. Proses çox qeyri-humanist aparılır və komissiyaların keçirildiyi dövlət binaları faktiki, polis mühasirəsində saxlanılır. Etirazlar, dava-dalaş, söyüş şəraitində keçən komissiya yoxlamalarından əksər vaxt vətəndaş gözüyaşlı ayrılır. Müqavimət göstərənlər isə polis tərəfindən dərhal zərərsizləşdirilir.

Burada ən acınacaqlı məqam ondan ibarətdir ki, sosial qurumlar qənaət etdikləri vəsaitin böyüyən həcmi ilə öyünürlər. Amma pensiyası, müavinəti kəsilən vətəndaşın necə dolanacağı, gəlir mənbəyinin olub-olmadığı haqqında bir kəlmə də soruşulmur. Digər tərəfdən, sosial xərclərdən bu şəkildə qənaət məsələsi yəqin ki, ancaq Azərbaycanda görünüb. Dövlətin ayırdığı vəsait minimum yaşayış standartlarının yaradılmasına istiqamətlənibsə, ondan necə qənaət etmək olar? Bir halda ki, milyardlarla dövlət vəsaiti korrupsiya layihələri ilə talan olunur, yeni yaradılan publik hüquqi şəxslərdə ortabab işçi 2-3 min manat maaş, üstəlik “paket” alır, o zaman vətəndaşın bir loxma çörəyinə çatan vəsaiti dartıb əlindən almaq, adını da qənaət qoymaq hansı məntiqə və vicdana sığır?

Hökumət bu sahədə yaratdığı kütləvi narazılığıı, hüquqsuzluğu dərhal yoluna qoymalıdır.

Daha bir mühüm məsələ müharibədə iştirak etmiş bəzi hərbçilərin təltif olunmaması, veteranların hələ də status məsələsinin həll edilməməsidir. Bununla bağlı ötən həftə prezidentin sərəncamı olsa da, yenə çoxlu sayda müharibə iştirakçısı narazıdır və onlar tez-tez Müdafiə Nazirliyinin qarşısına toplaşırlar. Müharibədən 8 aya yaxın vaxt keçsə də, on minlərlə veteranın sayı, statusu hələ ki dəqiqləşdirilməyib.

Eyni zamanda, müharibə zamanı yaralanan qazilərin müalicəsi, sosial problemlərinin həlli də ümdə vəzifələrdən biridir. Sosial şəbəkələrdən məlumdur ki, artıq 10-dan çox qazi intihar edib. Buna səbəb müharibədə aldıqları travmaların yaratdığı ağır psixoloji durum, eyni zamanda dövlət qurumlarının laqeydliyi, sosial problemlərin ağırlaşması, gözləntilərin özünü dorğrultmamasıdır.

Daha bir problem cərimələrin ağırlaşdırılması, çoxsaylı qadağalar və onların sayının gündən-günə artırılmasıdır. Məsələn, bu günlərdə Mülki Prosessual Məcəlləyə, “Dövlət rüsümü haqqında” qanuna təklif edilən dəyişikliklər vətəndaşların Konstitusiyada nəzərdə tutulmuş məhkəməyə müraciət hüququnu məhdudlaşdırır, hakimlərə vəkillər üzərində əlavə təzyiq yaratmaq üçün geniş imkanlar açır. Çünki yeni təkliflərə görə, vətəndaş mülki iddialar qaldırarkən ödəyəcəyi rüsumun haqqı 40 dəfəyədək artırılır, habelə hakimə “xoşuna gəlməyən” vəkili 500 manat cərimə etmək səlahiyyəti verilir.

Ən vacib məsələrdən biri də ölkədə gerçək siyasi dialoqun önünü açmaq, vətəndaş cəmiyyətinə, müxalifətə, azad mediayaya Konstitusiyada nəzərdə tutlmuş hüquqlarından istifadə etməyə şərait yaratmaqdır. Bu günlərdə siyasi müxalifətə qarşı sərt münasibət müharibədən əvvəlki halına qaytarıldı, Qarabağ mitinqində iştirak etmiş müxalifət fəalları uzunmüddətli şərti cəzalara məhkum edildi. Əksər hüquqşünaslar, vəkillər bu iddiaların tamamilə absurd olduğunu, qisasçı münasibətdən doğduğunu bildirirlər.

Bir halda ki məğlub Ermənistan hakimiyyəti daxildə Rusiyaya bağlı destruktiv qüvvələrin bütün təzyiqlərinə rəğmən, şəffaf seçki keçirib, böhrandan çıxmaq istiqamətində mühüm addım atdı və dünyaya çox güclü mesaj verdi, qalib Azərbaycan hakimiyyəti də çəkinmədən daxildə açılıma, real islahatlara getməlidir. İşğal altındakı torpaqların geri alınmasında əldə edilən tarixi nailiyyət buna münbit zəmin yaradıb.
 //pressklub.az//

Son xəbərlər

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Belarus Prezidenti Füzuli rayonuna səfər edib

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir

"Manaf Manafovu deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Azərbaycana qar yağır - FOTOlar

Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın

Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir

Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH

Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Tarixi ədalətə üz çevirib, özləri tarix olan MİNSK QRUPU – TƏHLİL

Gürcüstan baş naziri Türkiyədə SƏFƏRDƏDİR

“Qalatasaray” – “Fənərbağça” görüşünü bu hakim idarə edəcək

Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ

Ruben Vardanyanın həbs müddəti uzadılıb - YENİLƏNİB

Cəmil Rustəmxanli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

MİQ-ə sənəd verənlərə çağırış: kömək üçün bu ünvanlara gedin! - SİYAHI

Prezidentlərin təkbətək görüşü başladı

Şimali Kiprin parlament sədri Azərbaycana GƏLİR

Baş nazirə hücumdan şoka düşmüşəm - Paşinyan

Bütün xəbərlər