{category-title}

Vüsal Kerimov Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur
Vüsal Kerimovun fəaliyyəti günün tələblərinə tam şəkildə cavab verir
Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Vüsal Kerimov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb AAYDA-nın məsul işçisi Vüsal Kerimov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Vüsal müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Vüsal Kerimov tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Hər kəsə bəllidir ki, Vüsal Kerimov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Vüsal Kerimov, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Vüsal Kerimov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. O da hər kəsə bəllidir ki, AAYDA-nın məsul işçisi Vüsal Kerimov yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Vüsal Kerimovun hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Vüsal Kerimov ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Vüsal Kerimovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.
Aayda-nın məsul işçisi Vüsal Kerimov - Bildiyimiz kimi 30 ilə yaxındır ki, Azərbaycan Respublikasının torpaqlarının bir hissəsi təcavüzkar ermənilər tərəfindən işğal olunub. Bu hərəkətləri də ermənilərin nə qədər acgöz, təcavüzkar bir ölkəsi olduğundan xəbər verir və ölkələr arasında münaqişəyə səbəb olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bu münaqişəni sülh yolu ilə həll etmək istəsə də bəzi ermənipərəst ölkələr bu məsələni həll etmək istəmirlər. Minsk qrupu həmsədri olan üç ölkə Rusiya, Fransa və ABŞ işğalçı ölkə olan Ermənistana təzyiq etməyib. Əslində Minsk qrupu həmsədrləri BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər. Ancaq Minsk qrupu Ermənistanın Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmasına etiraz etmirlər. Biz bilirik ki, qanunsuz məskunlaşma beynəlxalq cinayətdir və Cenevrə konvensiyalarına ziddir. Təcavüzkar ölkə Ermənistan Dağlıq Qarabağ torpaqlarını zəbt etməsi ilə kifayətlənməyib dəfələrlə atəşkəsi pozub, digər şəhər və rayonlarımıza da göz dikiblər. Buna misal olaraq aprel və iyul aylarında olan döyüşləri göstərmək olar. Növbəti dəfə 27.09.2020-ci ildə ermənilər atəşkəsi pozaraq Azərbaycana hücum edərkən Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən rəşadətli ordumuz əks hücum əməliyyatına başladı. Əks hücum əməliyyatı zamanı rəşadətli ordumuzun şücaəti nəticəsində düşmənin layiqli cavabını verərək Azərbaycanın olan Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları ilə yanaşı 150-dən çox kəndini işğaldan azad etdilər. Rəşadətli ordumuz hal- hazırda digər rayonlarımızın alınması uğrunda döyüşlər aparır. Ermənistan dövlətinin bizim ordumuzla hərbi döyüşdən qorxduğunun əyani sübutu budur ki, onlar rəşadətli ordumuzun göstərdiyi müqavimətdən qorxaraq Cenevrə konvesiyalarına zidd olaraq mülki əhalini atəşə tutur. Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə şəhərini ballistik, Bərdə şəhərini S-300 raketləri ilə, Ağcəbədi, Tərtər, Goranboy, Naftalan və digər şəhər və rayonlarımızı atəşə tutaraq bir neçə nəfər mülki vətəndaşı qətlə yetirib, bir neçə nəfər vətəndaşı evsiz-eşiksiz qoyublar. Ən dəhşətlisi odur ki, mülki əhalini gecə saatlarında atəşə tutublar və neçə uşağı valideynsiz, neçə valideyni uşaqsız qoyublar. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində doqquz məktəbli həlak olmuşdur. Bu da ermənilərin nə qədər zəif, qəddar, vəhşi, zalım və təcavüzkar bir millət olmasından xəbər verir.
Çox təəssüf hissi ilə bildirirəm ki, Dünya birliyi ermənilərin törətdiyi bu zalımlıqlara, terrorlara biganə qalır.
Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidentinin, tarix yazan sərkərdəsinin ölkəsi üçün göstərdiyi gücündən, düzgün apardığı siyasətdən güc alan rəşadətli ordumuz döyüş bölgəsində tökülən qanların qisasını düşməndən layiqincə alır.
Bu gün ordumuzun göstərdiyi əzm, şücaət, döyüş, xalqımızın bir olması, güclü olması prezidentimiz İlham Əliyevin güclü olmasından ilhamlanaraq güclü olması deməkdir. Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşduğu üçün, üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandırdığı üçün
Azərbaycan Respublilasının Prezidenti İlham Əliyev cənabına və güclü hərbi ordusuna borcludur!