{category-title}
Gündəm / Cəmiyyət
29.06.2021, 09:18
Vilayət Eyvazov işdən çıxarılan DYP rəisini daha aşağı vəzifəyə TƏYİN ETDİ
Balakən rayon Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru Babək Dadaşova yeni vəzifə verilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Babək Dadaşov Zaqatala – Balakən yolunda yerləşən DYP-nin stasionar postuna komandir təyin edilib.
Qeyd edək ki, o, aprel ayında Balakən DYP-nin rəisi vəzifəsindən azad edilmişdi.