{category-title}

 

Bakıda iki məktəbin bir abituriyenti belə universitetə qəbul olmayıb

 

2020-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 19 628 şagird bitirib və onların 19 172 nəfəri buraxılış imtahanında iştirak edib.

Şəhərin məzunlarının buraxılış imtahanında topladıqları orta bal ölkə üzrə orta göstəricidən tədris dili fənni üzrə (59,44) 19,61 %, riyaziyyat fənni üzrə (33,96) 15,35 %, xarici dil fənni üzrə (45,23) 22,93 %, hər üç fənn üzrə birlikdə topladıqları orta bal (138,64) isə ölkə üzrə orta göstəricidən 19,67 % yuxarıdır.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 12,42 %-i 30 və daha az, 50,09 %-i 30-70 intervalında, 37,48 %-i 70-dən çox bal toplayıb. Riyaziyyat fənni üzrə bu göstəricilər müvafiq olaraq, 55,53 %, 31,69 % və 12,78 %, xarici dil fənni üzrə isə 37,90 %, 39,32 % və 22,78 % olub. Ümumilikdə 19 421 nəfər attestat alıb. Attestat alanların 82,33 %-i (15 989 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 61,21 %-i (11 888 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.
Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 9 971 məzunu (imtahanlarda iştirak edənlərin 55,47 %-i) tələbə adını qazanıb. Onların 55,06 %-i (5 490 nəfəri) dövlət, 2,35 %-i (234 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 33,11 %-i (3 301 nəfəri) dövlət, 9,49 %-i (946 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Şəhərin məzunlarının 2 010 nəfəri 500-dən, o cümlədən 573 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.

Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 10,58 % (1 692 nəfər), 100-200 intervalında 23,44 % (3 748 nəfər), 200-300 intervalında 22,38 % (3 578 nəfər), 300-500 intervalında 31,03 % (4 961 nəfər), 500-dən yuxarı 12,57 % (2 010 nəfər). Beləliklə, şəhərin abituriyentlərinin yalnız 43,60 %-i 300-dən yuxarı bal toplayıb. Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 4,67 %-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 45,53 %-dir. Qəbul imtahanlarında 304 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 185 saylı və 105 saylı tam orta məktəblərin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Son xəbərlər

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

DYP piyadalara müraciət edib

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Bütün xəbərlər