{category-title}

İnformatika imtahanında bakalavrların yarıdan çoxu zəif nəticə göstərib - RƏSMİ

 

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2021-ci il fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticəsi ilə bağlı statistik göstəriciləri və bəzi göstəricilərin ötən illərdə keçirilən analoji imtahanla müqayisəsinə aid məlumatları təqdim edib.

DİM-dən verilən məlumata görə, 2021-ci il fevralın 28-də keçirilən imtahanda iştirak üçün 19 885 bakalavr qeydiyyatdan keçib. Ötən illə müqayisədə ərizə verənlərin sayı 4 147 nəfər (26,35%) artıb. Bu il qeydiyyatdan keçənlərin 256 nəfəri (1,28%) imtahana gəlməyib. Ötən il də imtahana gəlməyənlərin nisbi sayı (1,16%) bu səviyyədə olub.

Bu il bakalavrların yarısının imtahanda topladığı bal 47-dən yüksək olub (median 47,57) olub. Ötən il bu göstərici 48 bala bərabər olub (median 48,96). Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil ediblər.

Bu il 91 va daha yuxarı bal toplayanların sayı 17, 81 və daha yuxarı bal toplayanların sayı 257, 71 və daha yuxarı bal toplayanların sayı 1 334 nəfər olub. Ötən il analoji göstəricilər 15, 252,1284 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı nisbətən daha çox olub. Xatırladaq ki, imtahan toplanıla bilən maksimum bal 100-ə bərabərdir.

İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib. İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstəricisi 26,96-ya bərabər olub). İmtahanda 4 nəfər maksimal (50) bal toplayıb.

İnformatika fənni üzrə nəticələr o qədər də yaxşı deyil. Bakalavrların yarıdan çoxu 8 baldan aşağı nəticə göstərib (median 7,64-ə bərabər olub), cəmi bir nəfər bütün suallara düzgün cavab verib.

Xarici dil fənni üzrə dillərdən asılı olaraq müxtəlif mənzərələrin şahidi oluruq. Bakalavrların ingilis və rus dilləri üzrə nəticələri qənaətbəxş, fransız və alman dilləri üzrə nəticələri isə zəif olub. Belə ki, imtahan iştirakçılarının yarıdan çoxu ingilis dili fənni üzrə ən azı 11 (median 11,70-ə bərabər olub), rus dili fənni üzrə ən azı 12 bal (median 12,69-a bərabər olub) toplayıb. Fransız dili və alman dili fənləri üzrə isə bakalavrların yarıdan çoxu müvafiq olaraq, 8 (median 7,86-ya bərabər olub) və 9 baldan (median 8,50-yə bərabər olub) aşağı nəticə göstərib.

Son xəbərlər

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

DYP piyadalara müraciət edib

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Bütün xəbərlər