{category-title}

 

Ceyhun Bayramov Türkiyədə danışıqlarda - FOTO

 


Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.

Görüş zamanı nazir post münaqişə mərhələsində azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, minaların təmizlənməsi, üçtərəfli bəyanatların icrası haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı və bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlar vurğulanıb.

Daha sonra, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən Miroslav Yença, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin sülhün möhkəmləndirilməsi üçün növbəti addımların atılmasının əhəmiyyəti, üçtərəfli bəyanatdan irəli gələn məsələlərinin icrasının vacibliyini vurğulayıb.

***

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Ceyhun Bayramov Xorvatiya xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ilə görüşüb.

Nazir Qordan Grliç Radman Xorvatiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəklədiyini, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın fəaliyyətinə istinad edərək iqtisadi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. Azərbaycanın Xorvatiyada baş vermiş zəlzələ zamanı göstərdiyi dəstəyə görə təşəkkür ifadə edilib.

Ceyhun Bayramov Türkiyədə danışıqlarda - FOTO
Ceyhun Bayramov Türkiyədə danışıqlarda - FOTO

Son xəbərlər

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

Putinin mühafizəsi GÜCLƏNDİRİLİB

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Bütün xəbərlər