{category-title}

TƏBİB-dən vaksinasiya ilə bağlı VACİB AÇIQLAMA

 


Ölkəmizə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı müxtəlif şirkətlərə məxsus peyvəndlərin gətirilməsi vətəndaşlar üçün seçim imkanlarını artırır. TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev eyni şəxsin vaksinasiya olunaraq fərqli şirkətlərin istehsal etdiyi peyvəndlərdən istifadə edilməsinə münasibət bildirib.

Pressxeber.info AZƏRTAC-a istinadən xəbər verir ki, Vasif Əliyev bildirib ki, vaksinasiya zamanı eyni qrup peyvəndin istifadəsi daha məqsədəuyğundur.

Fərqli ölkələrin peyvəndini vurdurmaq istəyənlər isə bir sıra qaydaları nəzərə almalıdırlar: “Həmin halı şərtləndirən bəzi zəruri məqamlar ola bilər. İlk peyvənd dozası bir, ikinci doza fərqli qrupdan istifadə oluna bilər, lakin onların arasındakı məsafə azı 28 gün olmalıdır, yəni aradan minimum 28 gün keçməlidir ki, ikinci fərqli qrupdan istifadə olunsun. Bu, o zaman tətbiq edilə bilər ki, ilkin vurulan peyvənd dozasının ya vaxtı keçir və yaxud əvvəl edilən peyvənd əlçatan olmasın”.
Onun dediyinə görə, fərqli qrup peyvəndlər fərqli mexanizmlərdə anticisimlər yaradır. Bu baxımdan müxtəlif qrup peyvənddən istifadə olunması tövsiyə edilmir.
Hazırda ölkəmizə gətirilən bütün peyvəndlər iki dozada vurulur. İkinci doza peyvəndin tətbiq edilməsi mütləqdir: “Qoruyuculuq yaranmasını istəyiriksə, mütləq eyni qrup peyvənd ikinci dozada da tətbiq olunmalıdır. Yalnız "Johnson&Johnson" peyvəndi bir dozada istifadə olunur və həmin peyvənd bizim ölkədə yoxdur. Lakin onun qoruyuculuğu digər peyvəndlərdən daha aşağıdır. Ona görə də mütləq iki dozada vurulmalıdır ki, anticisimlərin yaranmasına səbəb olsun. Buna əməl edilmədikdə qoruyuculuq aşağı olur və bu da gələcək fəsadlardan qorumur”, - deyə V.Əliyev bildirib.
Həkim-infeksionist onu da əlavə edib ki, hazırda ölkəmizdə peyvəndləmə prosesi sürətlə gedir və COVID-19 pasportu alanlara imtiyazların verilməsi əhalinin vaksinasiyaya marağını daha da artırıb.

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər