{category-title}

 

Deputatın qardaşı oğlu vətəndaşın maşınını qanunsuz axtarışa cəlb edib? - DİN-dən AÇIQLAMA

 


Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Rzayev Rahib Fəxrəddin oğlu və Əliyev Nicat Mirələm oğlunun vətəndaşın avtomobilini öz şəxsi avtomobilləri ilə təqib edərək, qanunsuz axtarışa cəlb etmələri ilə bağlı iddialar yayılıb.

Bildirilib ki, adı çəkilən polis əməkdaşı Rzayev Rahib Fəxrəddin oğlu millət vəkili Tahir Rzayevin qardaşı oğludur.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupu tərəfindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağcabədi rayon Kəbirli kənd sakini 1995-ci il təvəllüdlü Əşrəf Əşrəflinin idarə etdiyi avtomobildə silah saxlaması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Həmin məlumat əsasında polis əməkdaşlarının 19 may tarixində həyata keçirdiyi tədbirlərlə Əşrəf Əşrəfli və sərnişin qismində əyləşən Samirə Səfərova ilə birlikdə saxlanılaraq RPŞ-yə gətirilib. Polis Şöbəsində avtomobilə baxış keçirilən zaman oradan bir ədəd 4.5 millimetr kalibrli P900 GAMO markalı pnevmatik tapança və üzərində kustar üsulla bərkidilmiş lazer nişangahı aşkar olunaraq götürülüb. İş üzrə müvafiq ekspertiza təyin edilib”.

“Hazırda faktla bağlı Ağcabədi RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır”, - deyə DİN-dən qeyd edilib.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər