{category-title}

Ağcabədidə OLAY - ikisi polis olmaqda 4 nəfər zəhərlənib

 Ağcabədi rayonunda yanacaq doldurma məntəqəsində zəhərlənmə hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan ONA-ya verilən xəbərə görə, gecə saat 01:00 radələrində Ağcabədi rayon Boyat kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin anbarında iki nəfər qazdan zəhərlənərək huşsuz vəziyyətdə olub. Onlardan biri məntəqənin işçisi, digəri isə onu xilas etmək istəyən məntəqənin sahibi olub. Anbara daxil olmaq təhlükəli olduğundan ətrafdakı insanlardan yenidən anbara düşən olmayıb. Bu zaman ərazidə xidmət aparan Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları - polis serjantları Elman Təhməzov və Nəriman Əliyev izdihamın olduğu yerə yaxınlaşaraq mövcud vəziyyəti öyrəniblər. Polis əməkdaşları zəhərli qazla dolu anbara daxil olaraq huşsuz halda yıxılıb qalan vətəndaşları oradan sağ-salamat çıxarıblar. Xilasetmə zamanı polis əməkdaşları özləri də zəhərləniblər. Onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda həm vətəndaşların həm də polis əməkdaşlarının vəziyyəti stabildir. Xilas olunanlar - Ağcabədi rayon Şərəfxanlı kənd sakinləri Tofiq Cəfərov və Əmrah Əliyev onları xilas edən polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
 

Son xəbərlər

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Bütün xəbərlər