{category-title}

 

 

 

"Qarabağ qazilərinə əlillik dərəcələrinin verilməsi ilə bağlı çox diqqətli olmaq lazımdır" - HƏSSAS NÖQTƏ

 


Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək. Bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdülqədirov deyib. Onun sözlərinə görə, indiyə qədər I, II və III qrup üzrə əlillik təyinatları aparılıb: "Bu, sadəcə qrup təyinatı idi. Artıq əlilliyin yeni meyarlarına dair sənədlər Milli Məclisə verilib. Əlilliyə görə qruplar ləğv ediləcək. İnsan orqanizminin itirilməsi faizlərlə ifadə olunacaq. İndiki I qrup 81-100, II qrup 61-80 faiz, III qrup 31-60 faiz olacaq. Eyni zamanda, 10-30 faiz üzrə isə sadəcə istehsalat zədəsi, peşə xəstəliyi olduğu halda əlillik qiymətləndirilməsi aparılacaq. Burada bir çox aparıcı ölkələrin təcrübəsi öyrənilir". Agentlik sədri qeyd edib ki, bu il əlillik təyinatı ilə bağlı 80 min müraciət olub, onlardan artıq 25 mininə təyinat verilib.

Tanınmış jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, Qarabağ qazilərinə əlillik dərəcələrinin verilməsi ilə bağlı çox diqqətli olmaq lazımdır. O qeyd edib ki, istehsalat qəzasında əlil olan şəxslə vətən üçün can qoyan şəxslər bərabər tutulmamalıdır:

"Hesab edirəm ki, xüsusən Qarabağ qazilərinə əlillik dərəcələrinin verilməsi, onların sosial problemlərinin həll edilməsi, pensiya təminatı və sair məsələlərdə çox diqqətli davranmaq lazımdır. Yəni dövlət mümkün olan maksimum yardımları etməlidir. Onlara güzəştlər mütləq, maksimum dərəcədə tətbiq edilməlidir. Təminatları həmişə daha öndə olmalıdır.

Əlbəttə ki, əlilliklə bağlı dərəcələrin verilməsi, yaxud da ki, əlilliyin qiymətləndirilməsi məsələsində də diqqətli olmaq lazımdır. Tutaq ki, bir istehsalat qəzasında ayağını itirmiş adamla fikrimcə, vətən üçün can qoyarkən ayağını itirmiş adam bərabər tutulmamalıdır. Yəni burada əlavə güzəşt və əlavə hansısa ödəniş olmalıdır.

Çünki bu adam bilərəkdən canını fəda etmək üçün gedib ora. Yəni bilib ki, qarşıda onu ölüm gözləyir və yaxud da xəsarət gözləyir. Ona görə də bunu bilərək getmiş adamla tutaq ki, təsadüfən avtomobil qəzasında ayağını, əlini itirmiş adamı bərabər tutmaq olmaz.

O baxımdan düşünürəm ki, fərqləndirmə olmalıdr. Bu fərqləndirmə də təbii ki, Qarabağ qazilərinin, ümumiyyətlə, Vətən uğrunda savaşanların xeyrinə olmalıdır".

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər