{category-title}

 

Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin külli miqdarda borcu ödənilib - RƏSMİ

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə ödənişlərin edildiyinə aydınlıq gətirilib. 

“Report” xəbər verir ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.

Belə ki, öhdəliyə götürülən 5 921 şəxsdən 4 866 nəfərinə dəstək göstərilib və bu istiqamətdə 19 997 060,65 manat xərclənib.

Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 14 425 987,50, borc öhdəliklərinin qarşılanması üçün 3 177 147,69, tibbi xərclərin ödənilməsi üçün 2 493 499,66 təhsil xərclərinin ödənilməsi üçün 52 505,54 manat xərclənib.

Evin təmiri üçün 9 534 675,50, bank borcları üçün 3 065 040,75, müalicə xərcinin qarşılanması üçün 2 147 420,45, qeyri-bank borcları üçün 112 106,94, təhsil haqqının ödənilməsi üçün 50 504,54, istilik sisteminin quraşdırılması üçün 8 008 manat və digər məsələlərlə bağlı vəsait sərf olunub.

Qeyd edək ki, indiyədək fondda 36 239 671,42 manat toplanıb. Həmin vəsaitin 19 997 060,65 manatı xərclənib. Vəsaitin qalığı isə 16 242 610,77 manatdır.

Son xəbərlər

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Milli Məclisin iclası başlayıb

Ağdaşda avtomobili ildırım vurub, yanğın olub

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Azərbaycan XİN Rusiyanı təbrik etdi

DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq

Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”

AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Bu il 116 550 şagird məzun olur

İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

Göygöldə 2 nəfər göldə boğularaq ölüb

Bakıda obyektdə yanğın başlayıb

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb

Bütün xəbərlər