{category-title}

Ombudsman DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkib

 

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

“İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Milli Preventiv Qrupun üzvlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti, qidalanma, ərzaq təminatı, tibbi xidmətin təşkili vəziyyəti araşdırılıb, bu məqsədlə müəssisənin obyektlərinə, kameralarına baxış keçirilib.

Ombudsman tərəfindən rəftar məsələlərinin araşdırılması ilə bağlı bir neçə təqsirləndirilən şəxslə təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, qanunvericiliyin tələbləri izah olunub, bir sıra müraciətlər isə yerində təmin olunub.

Başçəkmə zamanı qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından, müəssisədə saxlanma şəraitindən şikayət etməyiblər.

Yekunda müəssisə rəhbərliyinə və əməkdaşlara ünvanlanan hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

 

Son xəbərlər

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub - YENİLƏNİB

Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub

Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında – ŞƏRH

Xocalı soyqırımı zamanı Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər

Prezident: 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi

Bütün xəbərlər