{category-title}

2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslər kameralardakı şəraitdən narazılıq ediblər

 

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında növbəti başçəkmə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında keçirilib.

Ombudsman Aparatından verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olan müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin beynəlxalq standartlara və daxili intizam qaydalarına uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin yataqxana korpusuna və kameralara, cərimə təcridxanasına, yeməkxanaya, mətbəxə, ərzaq anbarına, istintaq və vəkil otaqlarına, digər obyektlərə baxışlar keçirilib, tibbi yardımın təşkili, yemək-qidalanma, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti və müraciətləri araşdırılıb. Qəbul olunanlar daha çox kameralardakı şərait və sıxlıqdan, yataq dəstlərinin yararsız olmasından, bəziləri isə tibbi yardım və barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Eyni zamanda, müəssisənin və tibbi-sanitar hissənin müvafiq qeydiyyat jurnallarında, vəkil və telefon danışığı otağında nöqsanlar, habelə istintaq təcridxanasında qanunvericiliyə uyğun olaraq psixoloji yardım kabinetinin olmaması müəyyən edilib.

Başçəkmə çərçivəsində qaldırılan məsələlər yerində araşdırılıb, istintaqla bağlı məsələlər üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb, müraciətlərin göndərilməsi və sənədləşmə ilə əlaqədar müəyyən edilən nöqsanların aradan qaldırılması ilə bağlı milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Son xəbərlər

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub - YENİLƏNİB

Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub

Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında – ŞƏRH

Xocalı soyqırımı zamanı Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər

Prezident: 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi

Bütün xəbərlər