{category-title}
Gündəm / Cəmiyyət
19.04.2021, 15:30
Abel Məhərrəmov məhkəməyə verildi: "Mebellərin pulunu vermir"
Aprelin 19-da saat 15:00-da Yasamal Rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov və Bakı Dövlət Universitetinin keçmiş prorektoru Nəbi Ramazanlıya qarşı mülki iddia ilə bağlı hazırlıq iclası olacaq. İddiaçı İsmixan Mirzəyevdir.
Elektron məhkəmə portalında mülki iddianın predmeti kimi öhdəliklər üzrə mübahisə göstərilir.
"Neçə illərdir mebel işlərini görmüşük, lakin indiyədək pulumuzu ala bilmirik”, - iddiaçı tərəf bildirib. // Turan.az