{category-title}

 

 

 

Üç azyaşlı övladın atası ölkə rəhbərindən imdad diləyir- VİDEO/FAKT

 

Son vaxtlar müəyyən yaş həddinə çatmış insanlara məxsus sosial problemlərin varlığı haqda, məhz geniş ictimaiyyət arasında müxtəlif narazılıqlar baş qaldırmaqda davam edir. Faktdır ki, bu gün də sosial problemlərin həlli ilə bağlı bir sıra dövlət proqramları mövcuddur və bunlara “Yoxsulluğun səviyyəsinin aşağı salınması üzrə dövlət proqramı”, “Azərbaycan gənclərinin inkişafı üzrə dövlət proqramı”, həmçinin “Regionların inkişafı üzrə dövlət proqramı” və s. daxildir. İndiki dövrümüzdə mütəmadi olaraq bir sıra sosial problemlərlə qarşılaşırıq ki, onlardan ən öndə olanı işsizlik problemidir. Yəni, işsizlik probleminin varlığı yaşadığmız cəmiyyətin ən böyük bəlalarından biridir. Düşündürücü hal odur ki, bəzən belə bir problemin əmələ gəlməsində vəzifə sahibi olan şəxslər başlıca rol oynayırlar və bu da onu söyləməyə əsas verir ki, həmin şəxslər fəaliyyətində xalq, dövlət anlayışını deyil, yalnız və yalnız şəxsi maraqlarının təmin olunmasını öndə tuturlar.

Bugünlərdə redaksiyamıza şikayət ərizəsini və video-çəkilişini təqdim edən Şirvan şəhər sakini Həsənov Adəm Məmmədhəsən oğlu da, məhz belə bir sosial problemlə üz –üzə qalan şəxslərdəndir. O, qeyd edir: Mənim iki qız, bir oğul olmaqla üç azyaşlı övladım var. Qeyd edim ki, qız övladımdan biri xəstə olmaqla bərabər, eyni zamanda əlildir. Xəstə olması səbəbindən, hər ay ona dövlətdən 150 manat pensiya verilir. Həyat yoldaşım işləmir və o, əliliyi müəyyən olunmuş xəstə qız övladımıza baxır. Hazırda özüm Hacıqabul rayonunda fəaliyyət göstərən “Gilan Keramika” MMC-dən şikayətçiyəm. Çünki, mən bu MMC-də 2013-cü ildən 2017-ci ilə kimi işlədim və işlədiyim müddət ərzində elə hallar olub ki, xəstə qız övladımı Bakı şəhərindəki 5 saylı Şəhər Klinik Xəstəxanasına aparıb geri qaytarmışam. Yəni, övladımın ağır xəstə olması haqqında “Gilan Keramika” MMC-nin prezidenti Emin Mirzəyev, MMC-nin rəhbəri Anar Qəniyev və kadrlar şöbəsinin rəisi Azər Ağazadə məlumatlı olublar. Elə ki, 18 avqust 2017-ci il tarixdə qəflətən uşağımın “pristup”u tutdu, o halda məcbur olub onu bir daha 5 saylı Şəhər Klinik Xəstəxanasına aparmalı oldum. Buna da səbəb, övladımın müayinə və müalicə işləri ilə məşğul olan həkimin həmin xəstəxanada çalışması idi. Bir sözlə, xəstə uşağımı 5 saylı Şəhər Klinik Xəstəxanaya apardığım üçün bir gün işdən qalmalı oldum. Elə ki, övladımı həkimdən geri qaytardım və həmin günün səhəri aldığımız xəstəlik kağızını götürüb iş yerinə getdim, o halda mühafizəçilər məni iş yerinə buraxmadılar. Yəni, həmin vaxt onlar mənə “Səni Azər Ağazadə içəri buraxmır” dedilər. Mühafizəçilərdən bunu səbəbini soruşduqda “Biz bilmirik, bizə belə bir tapşırıq verilib. Adəm Həsənov işə gələndə onu içəri buraxmayın” deyə cavab verdilər. Düzdür, xeyli giriş qapısında gözlədim və sonra Azər Ağazadəyə zəng edib bildirdim ki, məni iş yerinə buraxmırlar. Belə bir telefon zəngimə o, “Mən tapşırıq vermişəm” deyə cavab verdi. Adı çəkilən bu şəxsdən iş yerinə buraxılmamağımın səbəbini soruşduqda “Dayan orada, gəlirəm” dedi. Azər Ağazadə təqribən bir saatdan sonra gəlib çıxdı və iş otağında qəbul edib mənimlə söhbətləşdi. O halda mənə sual verdi ki, işdən niyə qalmısan?. Cavabımda bildirdim ki, bağışlayın, sizə heç cür deyə bilmədim. Çünki, uşaq ağır xəstə idi, təcili onu həkimə aparmalı oldum. Bu cür cavabımın qarşılığında o, “Artıq heç cür mümkün deyil, səni işdən çıxardacağıq” cavabını verdi və bu “Gilan Keramika” MMC-nin prezidenti Emin Mirzəyev tərəfindən verilmiş tapşırıqdır. Yəni, o, Adəm Həsənov gələndə onu işdən çıxarın” deyə tapşırıq verib dedi. Belə olan halda Azər Ağazadəyə bildirdim ki, bir gün işə gəlmədiyimə görə günümü kəsin, əmək haqqımdan çıxın desəm də, son anda heç bir xeyri olmadı. Bir daha sual edib cavab əldə etmək istədim, o halda o, bu həm də “Gilan Keramika” MMC-nin rəhbəri Anar Qəniyevin verdiyi tapşırıqdır” dedi. Beləliklə, mənə təzyiq göstərdilər, ərizə yazdırıb heç bir əsas olmadan məni işdən çıxartdılar. Səhəri gün valideyinlərim iş yerimə gedib Anar Qəniyevin qəbulunda olmaq istəsələr də, o, valideyinlərimin heç birini qəbul etmir. Yalnız valideyinlərim kadrlar şöbəsinin Azər Ağazadənin qəbulunda olurlar. Ümumi söhbət əsnasında o, “Bu artıq mümkün deyil” deyə cavabını verir. Belə olan halda valideyinlərim Azər Ağazadəyə “Biz Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət edəcəyik” dedikdə o, “Gedin kimə istəyirsniz şikayət edin, kimə istəyirsiniz deyin, biz bir kimsədən qorxmuruq” cavabını verir. Həmin günün səhəri valideyinlərim ilə birlikdə “Gilan Holdinq”in Bakı şəhərindəki ofisinə getdik. Məqsədimiz “Gilan Keramika” MMC-nin prezidenti Emin Mirzəyevin qəbuluna düşmək idi. Belə ki, bu şəxs də “Gilan Holdinq”ə məxsus ofisdə otururdu. Nə qədər cəhd etsək də, məhz Emin Mirzəyevin qəbuluna düşə bilmədik. Baxmayaraq ki, həmin saatlarda o, işdə olsa da, heç bir halda bizi qəbul etmədi. Daha sonra “Gilan Keramika” MMC-nin rəhbəri Anar Qəniyevin adına işə bərpa olunağımla bağlı bir neçə dəfə şikayət ərizələri yazsam da, sonda heç bir xeyri olmadı. Daha sonda çarəsiz qalıb bir neçə dəfə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər vəzifə sahiblərinə şikayət ərizələri göndərsəm də, bir kimsə göndərdiyim ərizələrimlə maraqlanmadı”.

Bu yöndə baş verənlər onu söyləməyə əsas verir ki, “Gilan Keramika” MMC-nin rəhbər şəxsləri nə haqqı, nə ədaləti, nə də ki, xalqımıza məxsus mənəvi dəyərləri saya salmırlar. Çünki, bu cür haqsızlığa qol qoyulması, imkansız bir ailə başçısını bir tikə çörəklə “imtahana çəkmək” heç cür yolverilməz haldır. Ələlxüsus, belə bir addımın atılması, birbaşa ölkə rəhbəri cənab İlham Əliyevin işsizliyə qarşı apardığı mübarizə tədbirlərinə qarşı çıxmaq deməkdir. Ona görə də düşünürük ki, Şirvan şəhər sakini Həsənov Adəm Məmmədhəsən oğlunun üz-üzə qaldığı problem ictimailəşdikdən sonra, aidiyyatı qurumların rəhbər şəxsləri problemin aradan qaldırılması yöndə lazımi addımlarını atacaqlar.

 

Problemin varlığı diqqət mərkəzindədir.

XeberFakt.az

Son xəbərlər

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Bütün xəbərlər